Microsoft Word etno kitab son srift 12


Özününkü və özgələr qrupunda münasibətlərin struktur



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə96/338
tarix25.09.2022
ölçüsü1,89 Mb.
#64101
növüDərs
1   ...   92   93   94   95   96   97   98   99   ...   338
ETNOPSIXOLOGIYA

Özününkü və özgələr qrupunda münasibətlərin struktur 
və formasında mədəniyyət fərqləri 
Qrup psixologiyası sosial psixologiyanın ən qədim və məşhur 
sahələrdən biridir. Əksər insanlar öz qrupuna mənsubluğunu 
intuitiv olaraq hiss edirlər və özgələrini, yəni onların qrupuna 
mənsub olmayan insanları dərhal tanıyırlar.
Qrup təsnifatı ikili xarakter daşıyır və bütün insanları iki 
kateqoriyaya bölməyə imkan verir: özününkilər və özgələr 
qrupuna. Özününkilər qrupunda münasibətlər etibarlılıq, daxili 
yaxınlıq və sıx təmasla xarakterizə olunur. Özününkilər qrupunda 
münasibətlər dostluq sahəsində inkişaf edir. 
Özgələr qrupunda münasibətlər başqa cür qurulur. Belə 
qruplarda sıx tanışlıqlar, etibarlılıq, yaxınlıq münasibətləri 
yaranmır. Belə qruplarda münasibətlər aqressiya, düşmənçilik, 
üstünlük və biganəlik hisslərin əsasında yaranır. 
Lakin insanların sosial münasibətlərini iki kateqoriya 
çərçivəsində ölçmək olmaz. Hər bir kateqoriya daxilində müxtəlif 
dərəcəli yaxınlıq və tanışlıq münasibətləri var. Sosializasiya 
prosesində və mədəniyyətə qoşulma zamanı insanlar cəmiyyətin və 
mədəniyyətin standartları, qaydaları ilə tanış olurlar. Öz qruplarına 
daxil olan insanları fərqləndirməyə başlayırlar. Bütün ölkələrdə və 
bütün mədəniyyətlərdə qrup fərqləri mövcuddur. Hər bir 
mədəniyyətin nümayəndələri ünsiyyət saxladığı insanları 
fərqləndirməyi bacarmalıdırlar. Lakin müxtəlif mədəniyyətlərin 
nümayəndələri münasibətləri eyni cür qurmurlar. Digər 
mədəniyyətlərdə insanlar qrupa mənsubluğunu tamamilə başqa cür 


ETNOPSİXOLOGİYA 
101 
müəyyənləşdirirlər. Bu isə qrup münasibətlərinin xarakter, forma 
və mahiyyətindən asılıdr. Müxtəlif mədəniyyətlərdə insanlar öz 
qrupa mənsubluğunu və qrupdaxili münasibətlərini müxtəlif cür 
təyin edirlər. Bir mədəniyyət daxilində bir qrupun üzvü olan insan 
başqa bir mədəniyyətdə eyni statusa malik olmaya da bilər. 
Mədəniyyətlər qrup münasibətlərinin sabitliyinə görə də 
fərqlənirlər. Şimali Amerika mədəniyyətində qrupa mənsubluq -
sabitlik göstəricisidir. Yəni insanların statusu qrupdan qrupa 
keçdikdə dəyişilmir. Bir qrupda olan dostlar elə digər qrupda da 
dost olaraq qalırlar. Məs, Asiya mədəniyyətlərində biznesmenlər 
özlərini müxtəlif qrupların üzvləri hesab edirlər və daxili 
məsələlərin müzakirəsində özlərini rəqib kimi aparırlar. Lakin 
beynəlxalq biznes məsələlərində bu insanlar bir qrupun üzvü kimi 
birləşib fəaliyyət göstərə bilirlər.

Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   338




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin