ETNOPSİXOLOGİYA 104
Müxtəlif ölkələrdə məhəbbət və romantik münasibətlərdə də
mədəniyyətlərarası fərqlər mövcuddur. Məs., ABŞ və Almaniyada
daha çox romantik münasibətlərə üstünlük verilir. İndividualist
mədəniyyətlərdə romantik münasibətlər daha yüksək qiymətlən-
dirilir, nəinki kollektivist mədəniyyətlərdə. Asiya mədəniy-
yətlərində məhəbbətdən daha çox dostluğa qiymət verirlər. ABŞ-da
hesab edirlər ki, nigah üçün məhəbbət yeganə və zəruri şərtdir,
lakin digər mədəniyyətlərdə belə düşünmürlər.
İnsanlar nigaha daxil olduqda müxtəlif konfliktlər
qaçılmazdır, çünki iki insanın dünyagörüşündə və baxışlarında
həmişə fərqlər mövcuddur. Mədəniyyətlərarası nigahlarda belə bir
situasiyada daha da mürəkkəbləşir, çünki iki insan təkcə fərdi deyil,
həm də mədəni fərqlərlə üzləşir. Mədəniyyətlərarası tədqiqatlar
göstərir ki, belə nigahlarda konfliktlər bir neçə əsas səbəblərə görə
yaranır: sevginin və səmimiliyin ifadə olunmasında çətinlik, nigah
və uşaqların tərbiyəsinə baxışlarda fərqlilik. Digər potensial səbəb
kişi və qadın gender rollarının anlaşılmasında fərqlilik, ailə büdcəsi
baxışlarında fərqlilk və s. Müxtəlif mədəniyyətlərdə insanlar öz
emosiyalarını müxtəlif cür ifadə edirlər. Müxtəlif mədəniyyətin
nümayəndələri nigahla bağlı müxtəlif cür təsəvvürlərə malikdirlər.
Amerikalılar üçün nigah iki sevən insanın birgə vaxt keçirməsidir,
digər mədəniyyətlərin nümayəndələri üçün bu iqtisadi və sosial
mənfəətlər əldə etmək və yaxud nəsil artırmaqdır.
Bəzən mədəniyyətlərarası nigahlarda uşaqlar anadan olandan
sonra mədəniyyətlərarası fərqlər daha kəskin özünü göstərməyə
başlayır. Burda ən çox mübahisə uşaqların tərbiyəsində yaranır.
Mədəniyyətlərarası nigahlarda bu səbəblərdən yaranan
konfliktləri aradan qaldırmaq üçün konstruktiv metodlardan istifadə
etmək lazımdır. Holl konfliktlərin aradan qaldırmasının 3 yolunu
göstərmişdir: təslim olmaq (kapitulyasiya), kompromiss və yanaşı
yaşama.
Təslim olmaq- öz mədəniyyətində qəbul olunmuş davranış
vərdişlərindən imtina etmək və yoldaşın vərdişlərini götürməkdir.
Kompromiss- bu baxışlarda oxşarlığın tapılmasıdır.