Microsoft Word etno kitab son srift 12


Özününkilər qrupuna münasibət



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə97/338
tarix25.09.2022
ölçüsü1,89 Mb.
#64101
növüDərs
1   ...   93   94   95   96   97   98   99   100   ...   338
ETNOPSIXOLOGIYA

Özününkilər qrupuna münasibət 
Kollektivist mədəniyyətlərdə insanlar az qrupun üzvüdürlər, 
amma qrupdaxili əlaqələr burda daha güclüdür. Özlərini qrupla 
daha çox eyniləşdirirlər və qrup özü şəxsiyyətin ayrılmaz bir 
hissəsinə çevrilir. 
İndividualist mədəniyyətlərin üzvləri isə öz sərbəstliyini 
qrupun mənafelərinə qurban vermirlər. Onlar qrup üzvləri ilə az 
kontakda olur və asanlıqla bir qrupdan digərinə keçə bilirlər. 
Müəyyən bir qrupda üzvlük belə mədəniyyətlərdə o qədər də böyük 
əhəmiyyət daşımır, nəinki kollektivist mədəniyyətlərdə. 
Kollektivist mədəniyyətlər qrupun üzvlərindən daha çox 
harmoniya, konformizm və kooperasiya tələb edirlər. 
İndividualist mədəniyyətlərdə daha çox fərdin şəxsi 
keyfiyyətlərinin inkişafına üstünlük verilir. 
Özgələrə münasibət 
Kollektivist mədəniyyətlərdə özününkilər qrupunda müna-
sibətlər vacibdir. Qrupdankənar dayanan insanlara münasibətləri 
isə biganə olur. Belə insanlara qarşı onlar soyuq və ayrı seçkilik 
nümayiş edirlər. 
İndividualist mədəniyyətlərdə isə başqa qrupların üzvlərinə 


ETNOPSİXOLOGİYA 
102 
qarşı xoşniyyətli münasibət göstərirlər, qruplararası fərqləri o qədər 
də vurğulamırlar. Bu fərqlərə pozitiv və konstruktiv yanaşırlar. 
Fiziki cazibədarlıq 
Cazibədarlığın tədqiqatları göstərmişdir ki, müxtəlif 
mədəniyyətlərdə şəxsiyyətin qavrama prosesində yalnız fərqlər 
deyil, həm də oxşarlıqlar mövcuddur. Sosial psixologiyanın bu 
sahəsi müxtəlif mədəniyyətlərdə stereotip və etnosentrizmin 
anlaşılması üçün çox vacibdir. Çünki, qruplararası və 
şəxsiyyətlərarası münasibətlərin əsasını təşkil edir. Xarici görkəm 
və xüsusilə fiziki cazibədarlıq insan haqqında mülahizələrimizə 
təsir göstərir. Amerikalılar arasında keçirilmiş tədqiqatlar 
göstərmişdir ki, xarici görkəmi yaxşı olan insanları daha mehriban, 
ünsiyyətcil və maraqlı insanlar kimi qiymətləndirmişdilər. Eyni 
zamanda belə insanları daha ağıllı və səriştəli hesab edirdilər. 
Xarici görkəmin digər aspektləri də insanların qavramasına 
təsir edir. Məs, hündürboy insan cazibədar, rəhbərlik qabiliyyətinə 
malik olan, səriştəli və yüksək maaş alan insanla assosiasiya 
olunur. Uşaq cizgilərinə malik insanları mülayim, mərhəmətli, 
sadəlövh, güzəştə gedən insan kimi qiymətləndirirlər. Üz cizgiləri 
böyük olan insanları isə güclü, praqmatik və aktiv hesab edirlər.
Gözəllik – nisbi anlayışdır və müxtəlif mədəniyyətlərdə 
insanlar gözəllik haqqında tamamilə müxtəlif təsəvvürlərə malik 
ola bilərlər. Cazibədarlıq anlayışının təyin edilməsində də 
mədəniyyət fərqləri təsəvvürlərin formalaşmasına təsir edə bilər. 
Misal üçün yaponlar üçün cazibədar üz cizgiləri iri gözlər
balaca ağız və balaca çənədir. Koreyalılar üçün isə iri gözlər, 
balaca və gödək burun və balaca incə sifət daha cazibədar sayılır. 
Koreyalılar bu cizgiləri yetkinlik və qanışirinliklə bağlayırlar. 
Yaponlar isə bunu etmirlər. Bu nəticələr göstərir ki, yapon və 
koreya mədəniyyətində gözəlliyin müxtəlif standartları mövcuddur 
və gözəllik bu iki mədəniyyətdə müxtəlif psixoloji mahiyyət 
daşıyır. 

Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   338




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin