ETNOPSİXOLOGİYA 97
üzvləri sosial rəqabətə daha çox meyl göstərirlər. Cəmiyyətdə
ictimai mühitə nəzarət edən elitar qruplar isə öz statusuna kifayət
qədər inamlı olduqları üçün, digər azlıqlara qarşı bilərəkdən sosial
rəqabətə getmirlər.Bununla da onlar qarşı tərəfə pozitiv identik-
liklərindən “həzz almasına” imkan verir. Məsələn, ABŞ-ın ağ
əhalisinin daha yüksək təbəqəsi irqi və etnik azlıqlara daha liberal
sosial ustanovka nümayiş etdirirlər. Otra təbəqəyə məxsus olan
ağlar isə daha dəqiq etnik inama malikdirlər.
Bu cür yanaşmada məqsəd başqa qruplara, öz gözlərində
yaxşı olmaq, görsənmək şansı verməklə, onların pozitiv sosial
identikliyini təmin etməkdir.
Etnik konfliktlərin baş verməsi və gedişi prosesində eyni
etnos üzvlərinin bir-birinə daha çox bənzəmələri, bir-birinə yaxın
olması əks tərəfə qarşı nifrət hissini gücləndirir. Zahiri və daxili
oxşarlığın artması, deindividualizasiya (fərdiyyətsizlik) ilə
nəticələnir. Deindividualizasiyanın güclənməsi anonimliyə gətirib
çıxarır ki. bu da düşmən tərəfə nifrət və aqressiyanı artırır. Hərbi
geyim forması deindividualizasiyanı gücləndirir və bu da öz
növbəsində döyüşən tərəflər arasında aqressiyanı, nifrəti, qisas və
intiqam hissini gücləndirir.
Bununla bərabər, əks etnosla fərqlər daha güclü qavranılır və
“düşmən obrazı” formalaşdırılır. Etnik konflikt zamanı qrupdaxili
differensasiya güclənir, “özümüzünkü” və “yad, düşmən olan”
qarşılaşdırılması artır. Belə bir qarşılaşdırma konfliktdə qələbə
çalmaq, daxili birlik yaratmaq, qrupun mübarizə əzmini artırmaq
üçün zəruri olur. Yad qrupu neqativ qiymətləndirmə güclənir.
Belə bir şəraitdə düşmən haqında informasiyanın real,
həqiqətə uyğun olmasına ehtiyac qalmır və ya əksinə bu cəhət
xüsusi olaraq gücləndirilir. Nəticədə əks tərəf haqqında neqativ
stereotip yaradılır. Böyük Vətən müharibəsi zamanı Xatun kəndinin
yandırılması faşistlər haqqında sovet xalqında neqativ stereotipin
yaradılmasına xidmət edirdi. Və yaxud Sumqayıt şəhərində
ermənilərin öz həmyerlilərinin qiyamını təşkil etməsi və onu
videolentə alaraq lazımi ölkələrdə təbliğ etməsi azərbaycanlılar