Microsoft Word etno kitab son srift 12



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə89/338
tarix25.09.2022
ölçüsü1,89 Mb.
#64101
növüDərs
1   ...   85   86   87   88   89   90   91   92   ...   338
ETNOPSIXOLOGIYA

ETNOPSİXOLOGİYA 
93 
- qrupdaxili konflikt 
- qruplararası konflikt 
Etnopsixologiya elmi əsasən qruplararası konfliktlərlə 
maraqlanır. Qruplararası konfliktlərin üç növü ayırd edilir: 
- siyasi konfliktlər (hakimiyyət uğurunda gedən mübarizə) 
- sosial-iqtisadi konfliktlər (əməklə kapital arasında) 
- etnik konfliktlər (etnik birliklərin hüquq və marağı 
uğurunda) 
Etnik konfliktlərin müxtəlif cür təsnifatı mövcuddur. 
Müəyyən ərazi vahidini əsas götürdükdə konfliktin dövlətlərarası, 
regionlararası və yerli növləri ayırd edilir. Məsələn, SSRİ-nin 
tərkibində olanda erməni-azərbaycanlı konflikti regionlararası 
konflikt kimi səciyyələndirilirdi. İndi isə bu konflikt artıq 
dövlətlərarası münaqişə kimi qiymətləndirilir. 
Etnik konfliktlər müxtəlif məqsədlərlə bağlı yaranır. Bir 
halda etnik konfliktin predmeti kimi sosial-iqtisadi problemlər 
çıxış edirsə, digər halda mədəniyyət və dillə bağlı olan məsələlər 
olur. Siyasi xarakterli etnik konfliktlər, əsasən etnik birliklərin milli 
muxtariyyət hüququ əldə etməsindən tutmuş, tam miqyaslı 
konfederasiya əldə etməsi ilə əlaqədar olur. Ərazi iddiaları ilə bağlı 
olan konfliktləri isə dövlət sərhədlərinin dəyişdirilməsi və öz 
mədəni-tarixi kökünə “doğma” olan dövlətə birləşmə və ya yeni 
müstəqil dövlətin yaradılması tələbinin irəli sürülməsi ilə bağlı 
olur.
Onu da qeyd etmək lazımdır ki, konflikt iştirakçıları 
qarşılarına bir neçə məqsəd də qoya bilərlər: siyasi hüquq, bərabər 
iqtisadi vəziyyət və dil hüquq və s. 
Müasir dünyada polietnik dövlət və cəmiyyətlərin hamısında 
etnik birliklər arasında etnik gərginlik yaşanılır. Belə bir gərginlik 
bütün polietnik cəmiyyətlərin hamısında yaşanılır. Məsələn, ABŞ-
da ağlarla neqrlər və hindular arasında, Böyük Britaniyada 
ingilislərlə irlandlar arasında, İranda farslarla azərbaycanlılar 
arasında, Rusiyada ruslarla çeçenlər, tatarlar arasında, Gürcüstanda 
gürcülərlə abxazlar arasında, Türkiyədə türklərlə kürdlər arasında 



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   338




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin