Microsoft Word etno kitab son srift 12



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə87/338
tarix25.09.2022
ölçüsü1,89 Mb.
#64101
növüDərs
1   ...   83   84   85   86   87   88   89   90   ...   338
ETNOPSIXOLOGIYA

ETNOPSİXOLOGİYA 
91 
istinad edir. Hər bir millət, xalq öz mühitindən kənarda olan 
hadisələri qavrayarkən öz normalarını etalon kimi götürür ona 
əsaslanaraq qavrayır və qiymətləndirir. Qavradıqlarını necə 
qiymətləndirməsi isə həm də həmin xalqa olan münasibətdən 
asılıdır. Amma, onu da bilmək lazımıdr ki, hər hansı xalqa aid 
etdiyimiz milli xüsusiyyət müəyyən tarixi şəraitlə və mədəniyyətin 
təsirinin nəticəsidir. 
Etnosentrizmin mahiyyətində heç də başqa xalqlara düşmən 
münasibət bəsləmək dayanmır. Onun mənfi istiqamət alması ölkədə 
aparılan milli siyasətlə əlaqədardır. Etnosentrizm heç də millətçilik, 
şövinizm demək deyildir. Etnosentrizm, müxtəlif millətlərin, sosial 
qruplarının maraqları toqquşduğu halda isə millətçiliyə və 
şövinizmə çevrilir. Etnosentrizmin milli ideologiya və psixologiya 
alətinə çevrilməsi millətlərarası ünsiyyətin yaradılmasında ən əsas 
əngələ çevrilir. Xalqın təfəkküründə başqa etnik qrupun obrazı hər 
şeydən əvvəl həmin etnik qrupla olan qarşılıqlı münasibətin tarixi
xarakteri ilə müəyyən olunur. İki etnik qrup arasında qarşılıqlı 
münasibət əməkdaşlıq və qarşılıqlı anlaşma şəraitində olduqda, 
münasibət müsbət yönümlü olur və movcud fərqlərə tolerant 
münasibət formalaşır. Etnik qruplar arasında həyati maraqlar bir-
birinə zidd gəlmirsə onda ustanovka maraq hiss ilə birləşir.(onlar 
bizə oxşamırlar mənasında) Etnik qruplar arasında konflikt, 
düşmənçilik olduğu halda isə vəziyyət tamamilə fərqli olur. 
Etnosentrizm insanın onu əhatə edən gerçəkliyi, özünün aid olduğu 
və etalon kimi götürdüyü etnik birliyin mövqeyindən 
qiymətləndirməsi və qavraması meylidir. Etnosentrizmin ən ifrat 
forması delegitimizasiyadır. Delegitimizasiya qrup və qrupların 
superneqativ sosial ölçülərlə kateqoriyalaşdırılması deməkdir.
Etnofərqləndirici əlamətlər (dil, din, adət-ənənələr, zahiri 
görkəm, musiqi, irq xüsisiyyətləri) delegitimizasiyanı asanlaşdırır. 
Delegitimizasiyanın həyata keçirilməsində məqsəd həmin etnosa 
qarşı, öz etnosunda nifrət hissinin aşlanılmasıdır. Delegitimizasiya, 
nəticə etibarı ilə deindividualizasiya ilə nəticələnir. Buna nail 
olmaqla düşmən etnosu ilə mübarizə aparmaq çox asan olur. 



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   338




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin