ETNOPSİXOLOGİYA 94
və s. Əsasən gərginlik dominant etnik birliklə azlıq təşkil edən
etniklər arasında bəzən aşkar, bəzən isə gizli formada cərəyan edir.
Bu cür gərginlik çox vaxt sosial konkurensiya (rəqabət) formasında
təzahür edir.
Etnik konfliktlər necə yaranır? Psixologiyada etnik
konfliktlər dedikdə müəyyən milli qruplar arasındakı ziddiyyət
başa düşülür (Ə.S.Bayramov). Mənafeləri uyğun gəlməyən və
yaxud mənafeləri qəsdən toqquşdurulan milli qurumlar etnik
əlamətə görə bir-biriilə konfliktə düşürlər. Konfliktin yaranmasında
heç də hər iki tərəfi eyni dərəcədə günahlandırmaq olmaz. Etnik
konfliktin mənbəyi rolunda aşağıdakı ziddiyyətlər çıxış edir:
- sosial-siyasi ziddiyyətlər
- iqtisadi problemlər
- konfliktin yaranmasında marağı olan xarici, kənar qüvvələr
- etnosda etnosentrizmin, şovinizmin və seperatizmin
güclənməsi
- millətçilik ideologiyasından qidalanan neqativ etnik
stereotip və yönümlərin gücləndirilməsi.
Psixologiyada etnoslarası münasibətləri tədqiq edərkən üç
əsas problemə diqqət yetirilir: konfliktlər necə meydana gəlir, necə
cərəyan edir və necə tənzimlənir? İngilis dilində səbəbi ifadə
etmək üçün reason və causa sözlərindən istifadə olunur. Reason-
konfliktli hərəkət nəyin naminə icra edilir, hərəkətin məqsədi
deməkdir. Causa – isə qruplararası rəqabətə və ya düşmənçiliyə nə
səbəb olmuşdur? Psixoloqların əksəriyyəti qruplararası konfliktin
səbəbini (reason) maraqların toqquşmasında görməyi təklif edirlər.
Psixoloqlar konfliktin (causa) səbəbi kimi isə aşağıdakı psixoloji
xüsusiyyətləri qeyd edirlər.
1.Qruplararası konflikt universal psixoloji xüsusiyyətin
məhsuludur. U.Makduqqal qruplar arasında olan konflikti insanın
təbiətində olan “dalaşqanlıq instinkti” ilə bağlı olduğunu qeyd edir.
Bu cür yanaşma konfliktin hidravlik modeli adlanır.
U.Makduqqala görə aqressivlik heç də kənar təsirlərlə şərtlənmir, o
insanın təbiətində olan impulsdur. Konfliktin hidravlik modelinin