Microsoft Word etno kitab son srift 12



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə98/338
tarix25.09.2022
ölçüsü1,89 Mb.
#64101
növüDərs
1   ...   94   95   96   97   98   99   100   101   ...   338
ETNOPSIXOLOGIYA

 
 


ETNOPSİXOLOGİYA 
103 
Mədəniyyət və şəxsiyyətlərarası cəlbetmə: məhəbbət və 
qarışıq nigahlar 
Müasir dövrdə digər etnik və mədəniyyət nümayəndələrinə 
tez-tez rast gəlirik. Mədəniyyətlərin qarşılıqlı təsiri gücləndikcə 
müxtəlif mədəniyyətlərdən olan insanların bir-birinə vurulması, 
nigaha daxil olması və ailə qurması ehtimalı artır. Qarışıq nigahlar 
artıq nadir hadisələr hesab olunmur. Lakin belə nigahlar bəzən 
gərginlik, məyusluq kimi hisslər də yarada bilər. Psixologiyada bu 
problemlərə çoxsaylı tədqiqatlar həsr olunub. Psixoloqlar sim-
patiya, dostluq, məhəbbət, ehtiras kimi hissləri şəxsiyyətlərarası 
cəlbetmə anlayışı altında birləşdirmişdirlər. ABŞ-da şəxsiy-
yətlərarası münasibətlərin vacib hissəsini fiziki cazibədarlıq təşkil 
edir. Seçim zamanı kişilər qadının fiziki cazibədarlığına daha çox 
fikir verirlər. Psixologiyada fiziki cazibədarlığın mahiyyətini 
açmaq üçün bir neçə hipotezalar mövcuddur. 
Cütlük fərziyyəsinə görə xarici görkəmi oxşar olan insanlar 
çox güman ki, bir-birlərini dost, nişanlı kimi seçə bilərlər. 
Oxşarlıq fərziyyəsinə görə intim münasibətlərə daha çox eyni 
din, irq, sosial sinif, təhsil, intellektual səviyyəsi və xarici görkəmi 
oxşar olan insanlar daxil olurlar. Tərəf müqabillərin oxşarlığı bu 
münasibətlərə arxayınlıq elementini gətirir. 
Qarşılıqlılıq fərziyyəsinə görə insanların o adamlardan 
xoşları gəlir ki, hansı ki, o adamların onlardan xoşu gəlir. 
Məhəbbət nəzəriyyəsi 
Hetfild və Berşayd romantik münasibətlərin iki növünü 
xarakterizə edirlər: ehtiraslı məhəbbət və dostluq-məhəbbət. 
Ehtiraslı məhəbbət seksual duyğu və güclü emosiyaları nəzərdə 
tutur. Dostluq sevgisi isə səmimi, etibarlı və tolerant münasibətləri 
nəzərdə tutur. 
Sternberqin məhəbbət nəzəriyyəsinə görə məhəbbət üç 
komponentdən ibarətdir: ehtiras, səmimilik və sədaqətlilik. Bu 
komponentlərin olub-olmamasından asılı olaraq məhəbbətin 8 
tipini qeyd etmişdir. Bütün komponentləri özündə ehtiva edən 
məhəbbət ən mükəmməl məhəbbətdir. 



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   338




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin