ETNOPSİXOLOGİYA 111
yönəlişlərlə tənzimlənir nəinki qrup əxlaqı normalarla. Hətta belə
mədəniyyətlərdə normaların pozulmasına normal baxılır
orijinallığa, qeyri-adiliyə meyllilik alqışlanır. Mövcud olan
normalar qrupdan asılı olmamağı həvəsləndirir pulları və əşyaları
borc almaq qəbul olunmur.
Kollektivizmin əsas mənası qrup mənafelərinin şəxsi
mənafelərindən üstünlüyü təşkil etməsidir. Kollektivist öz
qərarlarının və hərəkətlərinin qəbulunda onun üçün mühüm olan
cəmiyyət tərəfindən maraqlıdır. “Mən” qrup üzvlülüyü nöqteyi-
nəzərindən müəyyənləşdirilir, sosial eyniləşdirmə daha önəmlidir
nəinki, şəxsi eyniləşdirmə. Sosial qavrayışın əsas vahidləri isə
qruplardır.
Kollektivistlər özlərini daha az qrupların üzvləri kimi dərk
edirlər, lakin onlarla daha sıx bağlı olurlar. Onlar özlərini başqa
insanların həyatlarına cəlb edilmiş hiss edirlər, çətin anlarda kömək
etmək tələbatı üstündür, bağlılığı göstərmək, seçim situasiyasında
məsləhətləşmək və s. xarakterikdir. İnsanlararası əlaqələrdən
danışanda bunu qayğı sözü altında ümumiləşdirmək olar.
Fərdlərin davranışına qruplar çox böyük təsir göstərirlər. Ən
mühüm qruplar - ailə, qohumlar, iş yoldaşları hesab olunur. Bu
qruplarda insanlar başqaları ilə öz daimi statuslarına əsaslanan
qarşılıqlı vəzifə və gözləmələrlə bağlıdırlar.
Triandis kollektivizmin iki tipini göstərir: şaquli və üfüqi.
Şaquli kollektivizmdə qrup üzvlərinin iyerarxiyası yüksək
vurğulanır. Özünütəyinetmə qrup iyerarxiyasında xüsusi yerlə
bağlıdır, fiziki və sosial məkan isə “hörmətli, az hörmətli”
terminlərlə müəyyənləşir.
Üfüqi kollektivizmdə isə qarşılıqlı asılılıq və birlik yüksək
vurğulanır.
Kollektivizm mədəniyyətin əsas dəyərləri ənənələrə riayət
etmə, borc hissi, tabeçilik qrupun birliyinin qorunmasına, onun
üzvlərinin qarşılıqlı asılılığına və harmonik münasibətlərə səbəb
olur.
Kollektivist mədəniyyətlərdə qrup normaları davranışın daha