ETNOPSİXOLOGİYA 119
yapon və ingilis dili arasında fərqlər daha güclüdür, nəinki ingilis
və alman dilləri arasında.
4.4. Ünsiyyətin ümumi və spesifik-mədəni xüsusiyyətləri Kommunikasiya müxtəlif yollarla otürülən və özünə çoxsaylı
məlumatları daxil edən məzmunlu və mürəkkəb prosesdir.
Mədəniyyət verbal və qeyri-verbal siqnalların kodlaşması və
dekodlaşmasına hərtərəfli təsir edir. Bu təsirə görə mədəniy-
yətlərarası kommunikasiya prosesində konfliktlər və anlaşılmaz-
lıqlar qaçılmazdır. Müasir dövrdə mədəniyyətlərarası kommu-
nikasiya ilə bağlı mövzuların və problemlərin əhəmiyyəti daha da
artır. Mədəniyyətlərarası maneələrə baxmayaraq müxtəlif
millətlərin və xalqların nümayəndələri ilə ünsiyyət saxlamaq
qabiliyyəti bizim həyatımıza təsir göstərir. Mədəniyyətlərarası
ünsiyyət (kommunikasiya) bir çox tədqiqatların mövzusu olub.
Qeyd etmək lazımdır ki, kommunikasiyaya müxtəlif təriflər
verilmişdir. Ən geniş tərifə görə, kommunikasiya bilik, ideya, fikir,
anlayış və emosiyaların mübadiləsidir. Kommunikasiya niyyətli və
niyyətsiz ola bilər. İki və daha çox insan arasında istəyərək
kommunikasiya baş verirsə, bu niyyətli kommunikasiyadır. Bu
zaman kommunikasiya formaları kimi söhbət, danışıq, məktubun
yazılması və s. çıxış edir. İki və daha çox insan istəmədən bir
informasiyanı, məlumatı ötürürsə, bu niyyətsiz kommunikasiya
olur.
Kommunikasiyanın daha iki növünü ayırırlar: mədəniy-
yətdaxili və ya şəxsiyyətlərarası kommunikasiya və mədəniy-
yətlərarası kommunikasiya.
Mədəniyyətdaxili və ya şəxsiyyətlərarası kommunikasiya
eyni mədəni mühitin nümayəndələri arasında baş verir.
Mədəniyyətlərarası kommunikasiya isə bir neçə mədəniy-
yətin nümayəndələri arasında baş verir. Təbii ki, kommunika-
siyanın bu növü daha mürəkkəb və çətindir.
Kommunikasiyanın komponentləri (modusları). Kommu-