ETNOPSİXOLOGİYA 127
neçə dəyişkən kəmiyyətləri nəzərdən keçiriblər:
1. Qarşılıqlı əlaqələrin müddəti (daimi, uzun və qısa).
2. Məqsəd (birgə fəaliyyət, təhsil, asudə vaxt)
3. Cəmiyyətin həyatına qoşulma tipi (iştirakdan müşahidəyə
qədər)
4. Əlaqələrin tezliyi və dərinliyi
5. Status və hüquqların nisbi sabitliyi
6. Açıq-aşkar fərqli xüsusiyyətlər (dil, din, irq)
Lakin, ünsiyyətin əlverişli şərtləri olduqda belə miqrantlarda
yerləşdikləri ölkənin nümayəndələri ilə ünsiyyətdə çətinliklər və
gərginliklər yarana bilər. Çox vaxt miqrantlarda nostalji hisslər baş
qaldırır. Alman filosofu və psixiatrı Yaspersin qeyd etdiyi kimi
vətən həsrəti insanlara çox qədimdən tanış olan bir hissdir. Ona
görə də mədəniyyətlərarası adaptasiyanın öyrənilməsi çox böyük
əhəmiyyət daşıyır. Geniş mənada bu mürəkkəb bir proses sayəsində
insan yeni mədəni mühitlə bir uyğunluq tapır. Adətən
adaptasiyanın daxili tərəfini qeyd edirlər, hansı ki, məmnuniyyət və
həyat dolğunluğu hissləri ilə ifadə olunur. Xarici tərəfi isə fərdin
yeni qrupun sosial və mədəni həyatında olan iştirakında ifadə
olunur.
Mədəniyətlərarası adaptasiya problemlərinə maraq elm
dünyasında XX əsrin əvvəllərinə təsadüf edir. Lakin, uzun müddət
ciddi araşdırmaları yalnız etnoloqlar (Redfild, Linton) aparmışdır.
İlkin olaraq akkulturasiyaya (mədəniyyətə adaptasiya) qrup
səviyyəsində olan bir fenomen kimi baxılırdı.
1950-ci illərdən başlayaraq kütləvi miqrasiya prosesləri
mədəniyyətlərarası adaptasiyaya marağın yaranmasını
stimullaşdırılmışdır. İlk olaraq insanın yad mədəniyyətə uyğunlaşa
bilməmək hadisəsinə psixiatrlar diqqət yetirmişdilər. İsveçrə
həkimi Hofer vətən həsrətini nostalgiya (qüssə) adlandırmışdır və
bu problem XVII-ci əsrdən öyrənilməyə başlanılmışdır. Mədəniyyət sarsıntısı (“mədəni şok”) və mədəniyyətlərarası adaptasiyanın mərhələləri. Mədəniyyət sarsıntısı anlayışı amerika
antropoloqu K.Oberq tərəfindən təqdim olunmuşdur. Oberqin