ETNOPSİXOLOGİYA 128
fikrincə, yeni mədəniyyətə daxil olma xoşagəlməz hisslərlə
müşayiət olunur dostların və statusun itirilməsi, rədd edilmə,
mədəniyyətlərarası fərqləri dərk etmə zamanı narahatlıq və təəccüb,
dəyərlərdə, eləcə də sosial və şəxsi identifikasiyada qarışıqlıq.
Mədəniyyət sarsıntısının simptomları çox müxtəlifdir: qida,
suyun keyfiyyəti, qabların, yataq dəstlərinin təmizliyi barədə daimi
narahatçılıq, başqa insanlarla fiziki kontaktların qorxusu, ümumi
narahatçılıq, alkoqol və narkotiklərə aludə, psixosomatik
xəstəliklər, depressiya və intihar cəhdləri. Situasiya üzərində
kontrolu itirmək hissi, şəxsi səriştəsizlik və ümidlərin
doğrulmaması, yerləşdikləri ölkənin nümayəndələrinə qarşı qəzəb,
aqressiya, düşmənçilik hisslərində ifadə oluna bilər.
Çox vaxt “mədəni şok” neqativ nəticələrlə müşahidə olunur,
lakin onun pozitiv tərəfi də var. Bəzən mədəniyyət sarsıntısı
nəticəsində fərdlərdə yaranan ilkin narahatlıq yeni dəyərlər və
davranış modellərinin qəbuluna gətirib çıxarır. Bu isə şəxsi inkişaf
və şəxsi artım üçün cox vacibdir. Bundan çıxış edərək kanada
psixoloqu Berri “mədəni şok” əvəzinə “akkulturasiya stressi”
anlayışını təklif etmişdir, çünki “şok” sözü neqativ təcrübə ilə
assosiasiya olunur. Mədəniyyətlərarası əlaqələr nəticəsində isə
müsbət təcrübə də əldə olunur, problemlərin qiymətləndirilməsi və
aradan qaldırılması.
Triandis adaptasiya prosesinin 5 mərhələsini qeyd edir:
I mərhələ. “Bal ayı” ruh yüksəkliyi, yüksək əhval-ruhiyyə,
böyük ümidlərlə xarakterizə olunur. Doğrudanda, çoxlarını xaricdə
gözləyirlər (tələbələri, iş adamlarını, qohumları). Onları qəbul
edənlər çalışırlar ki, onlar özlərini evdəki kimi hiss etsinlər, hətta
müəyyən güzəştlərə gedirlər. Lakin, bu mərhələ tez keçir.
II mərhələ. Bu mərhələdə tanış olmayan mühit artıq öz
neqativ təsirini göstərməyə başlayır. Xarici şəraitdən başqa yeni
mədəniyyətdə insana psixoloji faktorlar da təsir edir: yerli
sakinlərlə qarşılıqlı anlaşılmazlıq hissi və onlar tərəfindən rədd
edilmə. Bunlar hamısı frustrasiya, depressiya, ümidsizlik, özünü
itirmə kimi emosiyaların yaranmasına gətirib çıxarır. Bu mərhələdə