ETNOPSİXOLOGİYA 131
mədəniyyətə bənzəyirsə, adaptasiya prosesi bir o qədər az
travmatik olacaq. Babiker mədəni distansiya indeksini təklif
etmişdir. Bu indeksə dil, din, ailə strukturu, təhsil səviyyəsi, iqlim,
qida, geyim və s. daxil etmişdir.
Adaptasiya prosesinə obyektiv mədəni distansiyadan başqa
digər faktorlar da təsir göstərir:
- iki xalqın münasibətləri arasında münaqişə, müharibə,
soyqırımın olub və ya olmaması;
- ev sahibi ölkənin xüsusiyyətləri ilə tanışlığın dərəcəsi və dil
səriştəliyi;
- statusların bərabərliyi və ya bərabərsizliyi
2. Doğma mədəniyyətin xüsusiyyətləri Ənənələri çox güclü olan və davranışları rituallaşmış ölkənin
nümayəndələri çətin adaptasiya olunurlar. Bu Yaponiya, Koreya,
Çin, Cənub-Şərqi Asiya vətəndaşlarıdır.
Çox vaxt “böyük dövlətlərin” nümayəndələri pis adaptasiya
olunurlar, çünki onlara xas olan təkəbbürlük imkan vermir ki, onlar
başqalarını öyrənsinlər. Bu ölkələrin sakinləri hesab edirlər ki,
onlar yox, başqaları onları öyrənməlidirlər. Məs., rus və
amerikalılar öz dillərindən başqa dil öyrənmək istəmirlər, lakin
kiçik dövlətlərin sakinləri bir çox xarici dilləri öyrənməyə üstünlük
verirlər.
3. Xarici ölkənin xüsusiyyətləri, xüsusilə gəlmələrə təsir etmə
üsulları: onları assimillyasiya etməyə və ya mədəni fərqliliyə
tolerantlıq nümayiş etdirmək. Məs., yaponlar gəlmələrdən çox vaxt
uzaqlaşırlar, qaçırlar.
Qrup və fərdlər üçün mədəniyyətlərarası əlaqələrin nəticələri. Mədəniyyət sarsıntısı və mədəniyətlərarası adaptasiya
tədqiqatlarına uzun müddət klinik aspekt xas idi. Lakin, son
zamanlar dünya sosial psixologiyasında bu problemi etnoslararası
və mədəniyyətlərarası münasibətləri nəzərə almaqla dərindən təhlil
etmək barəsində də fikirlər söylənilmişdir.
Boçner qrup üçün mədəniyyətlərarası əlaqələrin nəticələrini 4
ümumi kateqoriyaya aid edib: