ETNOPSİXOLOGİYA 134
qatılığı ilə bağlıdır. İkincisi, dəyərlər sistemi, ideoloji və dini
inanclar, təfəkkür və qavrayış xüsusiyyətləri ilə bağlıdır. Nümunə
üçün onu qeyd edə bilərik ki, danışıq aparılmasının milli üslubuna
bir tərəfdən fəaliyyətin faktiki tərəfləri arasında üstünlüklər, digər
tərəfdən isə etik normalar təsir edir. Üçüncü qrup, bu danışıqların
aparılmasında davranış xüsusiyyətləridir ki, bura daha çox hər
hansı bir mədəniyyəti təmsil edən nümayəndənin taktiki priyomları
aid edilir.
Danışıqlar zamanı milli üslubun digər xüsusiyyəti olaraq
ünsiyyətin verbal tərəfinin spesifikliyini, həmçinin verbal təsirin
güclülüyü və ya zəifliyini aid etmək olar. Belə hesab olunur ki,
verbal amillərin güclü və zəif təsir etdiyi mədəniyyətlər vardır.
Fransa istisna olmaqla qərb ölkələrində nümayəndələr üçün
danışıqlarda verbal amillərin təsirlərinin aşağı səviyyədə olması
xarakterikdir. Belə ki, bu zaman ifadə edilən söz çox az hallarda
sətiraltı mənada dərk edilir, bu sözlərdə demək olar heç bir gizli
məna olmur.
Bununla yanaşı, bir faktı da nəzərə almaq faydalı olar. Milli
üslub dedikdə, milliyyətlərdən daha çox ölkələr üçün müəyyən
üslub və tərzlər nəzərdə tutulur. Bu o deməkdir ki, danışıqlarda
nümayəndə olacaq çin əsilli amerikan qarşı tərəfə şərq davranış
tərzindən çox qərb davranış tərzinin elementləri ilə təsir edəcək.
İstənilən halda bu, daha çox təmsilçinin ölkədə nə qədər müddət
yaşamasından və həmin ölkə ilə nə dərəcədə assimilyasiyada
(uyğunluqda) olmasından asılıdır.
Danışıqların aparılmasının digər milli xüsusiyyətlərindən biri
danışıqlar zamanı ünsiyyətin qeyri-verbal cəhətləri ilə bağlıdır.
E.Holla görə mədəniyyətlər aşağı və yüksək kontekstli olmasına
görə iki yerə bölünürlər. Fransa istisina olmaqla Qərbi Avropa
ölkələri aşağı kontekstli mədəniyyət qrupuna daxildir və burada
kontekstin danışıqlar prosesinə təsiri çox aşağıdır. Burada tələffüz
olunan, eşidilən hər bir söz hərfi mənada qəbul edilir. Bu sözlərin
heç birində sətiraltı məna olmur. Bir məsələni də yadda saxlamaq
lazımdır ki, milli üslub deyəndə, millətdən çox ölkə nəzərdə