ETNOPSİXOLOGİYA 135
tutulur. Bu o deməkdir ki, azərbaycan mənşəli amerikanlı
danışıqlar prosesinin iştirakçısı olduqda şərq yox, daha çox qərb
üslubunu gerçəkləşdirəcək. Bu daha çox hər hansı bir millətin
nümayəndəsinin gəldiyi ölkədə assimiliyasiya olunma
dərəcəsindən asılıdır.
Son illərdə dünyada danışıqlar zamanı milli sərhədlərin
aradan qaldırılması intensivləşmişdir. Danışıqlar praktikasında
milli üslubların bir-birinə qarşılıqlı nüfuzu baş verir. Nəticə olaraq
tədricən danışıqlarda iştirak edən nümayəndələrin ayrıca davranış
qaydalarını özündə birləşdirən xüsusi altquruluş formalaşır.
Bununla belə, qeyd olunan faktın mənası və əhəmiyyətini
şişirtməyə ehtiyac yoxdur. Bu cür altquruluş adətən mütəmadi
olaraq danışıqlarda iştirak edən şəxslərdə, məsələn, diplomatlarda
formalaşır. Digər hallarda milli üslubu danışıqlar prosesindən
çıxarmaq məqsədəuyğun və doğru olmazdı.
Belə hesab olunur ki, şərq öləkələri ilə müqayisədə qərb
ölkələrinin təmsilçiləri üçün səbəb-nəticə əlaqəsinə əsaslanmış
arqumentlər daha əhəmiyyətlidir.
Rusiyalı təmsilçilərinin nöqteyi-nəzərinə əsasən, danışıq
prosesində onların Qərbi Avropa partnyorları aşağıdakı
xüsusiyyətləri daha çox büruzə verirlər: rus tərəfi alçaltmağa meyl,
öz düşüncə və hərəkət tərzini ruslara yeritmək, qərar qəbulu zamanı
yalnız öz xeyri üçün çalışmaq, ifrat praqmatizm, sosial məqsədləri
görməzlikdən gəlmək.
Latın Amerikasında qadın və kişinin təklikdə hansısa danışıq
aparması etik normalara uyğun hesab edilmir.
Şərq danışıq üslubu üçün danışıqların məzmununun
razılaşmaya yüksək təsiri xarakterikdir. Burada məzmunun təsiri o
qədər güclü olur ki, hətta tamamilə əks təklifə dair razılaşma belə
əldə etmək mümkün ola bilər.
Bir çox şərq xalqlarında danışıq qaydalarına əsasən
sövdələşmə prosesindən əvvəl partnyor uzun müddət zamanı sırf
hazırlıq prosesi və bu zəmində söhbətə ayırmalıdır. Bu müddətdə