Microsoft Word etno kitab son srift 12



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə138/338
tarix25.09.2022
ölçüsü1,89 Mb.
#64101
növüDərs
1   ...   134   135   136   137   138   139   140   141   ...   338
ETNOPSIXOLOGIYA

ETNOPSİXOLOGİYA 
143 
Britaniya xalqına və onların ideallarına münasibət bildirmək 
olduqca önəmlidir. 
İngilislər üçün hava, idman və uşaqlar kimi kənar mövzularla 
müzakirələrə başlamaq xarakterikdir. Amerikanların 
yanaşmasından (Öküzü buynuzundan tut) fərqli olaraq ingilislərlə 
birinci danışıqların mövzusunda deyil, məişət xarakterli məsələlərlə 
söhbətə başlamaq məqsədəuyğundur. Sırf insani amillər onlar üçün 
olduqca önəmli xarakter daşıyır. Buna görə də ümumbəşəri 
dəyərlərin daha çox önəmli olmasa da, ən azından ingilislərlə eyni 
dərəcədə əhəmiyyət kəsb etməsini onlara izah etmək faydalıdır. 
Bununla yanaşı, amerikanlar kimi ingilislər də danışıqlarda qatı, 
dəyişməz mövqe alırlar, öz maraqlarını bacarıqla və effektiv 
formada qoruyurlar. Onlar tərəfindən qəbul olunan qərarların risk 
ehtimalı bir qayda olaraq minimal olur. 
Həm mədaxil, həm də məxaric üçün aparılan danışıqlarda 
ingilis firmalarının mövqeyini müəyyən etmək üçün siyasi-ticari 
amil çox önəmlidir. Bu amil bəzən ingilis şirkətlərini ticari gəlir və 
maraqdan imtina edərək sövdələşmə bağlamamasına səbəb ola 
bilir. İngilislər ticarət danışıqları prosesində tərəf müqabili ilə daha 
əvvəldən olan müqavilələr və sövdələşmələrin müddətinə xüsusi 
diqqət ayırırlar. Tərəf müqabili ilə daha əvvəlki sövdələşmə və 
müqavilələr nə qədər uzunmüddətli olarsa, eyni zamanda 
münasibətlər nə qədər dostcasına və səmimi olarsa, ingilislər üçün 
hətta az gəlirli olan yeni sövdələşməni imzalamaq belə, bir o qədər 
asandır. Belə ki, ingilis iş adamları adətən birbaşa yüksək gəlir 
ardınca qaçmırlar. 
İngilis partnyorla söhbət zamanı həmin nümayəndənin 
meylləri və vərdişlərini öyrənmək faydalıdır. İngilislərə 
ünvanlanmış bütün suallar düzgün seçilmiş və düzgün ifadə edilmiş 
olmalıdır. Daha əvvəl danışıqlar aparılan və görüşülmüş şəxslərə 
diqqətin göstərilməsi də bir o qədər əhəmiyyətsiz deyildir. 
İngilislər üçün rüşvətə tamamilə barışmaz münasibət 
xarakterikdir. Danışıqlar əsnasında ingilis partnyora rüşvət təklif 
edilməsi onun qarşı tərəfə etibarının tamamilə itməsinə səbəb olur 



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   134   135   136   137   138   139   140   141   ...   338




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin