ETNOPSİXOLOGİYA 144
ki, bu da böyük ehtimalla sövdələşmənin mənfi qərarla
yekunlaşacağına səbəb ola bilər. Onlar özləri isə Rusiyada rüşvətə
ənənəvi münasibəti bildiklərindən ehtiyyac olduğu təqdirdə
hədiyyələr təklif edə bilərlər.
Danışıqların aparılmasında “alman milli üslubu” Fransızlardan fərqli olaraq almanlar danışıqlarda quru
(soyuqqanlı) və xırdaçıldırlar. Onlar başqalarından hər hansısa bir
məna və dəyər daşımayan sözləri eşitməkdən qaçırlar, həmçinin
özləri də danışıqlarda bu cür ifadələrdən istifadə etmirlər. Almanlar
üçün sonda açıq-aşkar onlara fayda verəcək danışıqlara və
sövdələşmələrə girmək xarakterikdir. Onlar danışıqlara yalnız
razılaşmanın əldə olunacağına əmin olduqda başlayırlar.
Danışıqlar zamanı almanlar “Öküzü buynuzundan tuturlar”
(birbaşa mətləbə keçirlər). Bir qayda olaraq, ilk olaraq danışıq
prosesində ən mühüm olan məsələdən başlayırlar, ümumiyyətlə isə
danışıqlar aparılmasında məsələlərin hansı ardıcıllıqla müzakirə
olunması prinsipinə çox ciddi şəkildə əməl edirlər. Danışıqlardan
əvvəl öz mövqelərini diqqətlə işləyib hazırlayırlar, danışıqların
özündə isə onlar üçün əhəmiyyət kəsb edən məsələləri sıra ilə
müzakirə edərək bütün xırdalıqları nəzərdən keçirirlər.
Onlar danışıqları özlərinin dəqiqlik, kəskin davranış qaydaları
ilə aparırlar. Almanlar hədsiz dərəcədə səliqəli və şübhəcildirlər.
Almanlarla müzakirə prosesində həm onların, həm də özünün
maraqlarında, təkliflərində tam aydınlığa, dəqiqliyə və qısalığa
diqqət yetirmək lazımdır. Bütün təkliflər və qeydlər tamamilə
işgüzar və konkret xarakter daşımalıdır. Onlar status və ierarxiya
məsələlərində çox diqqətlidirlər. Bu səbəbdən də danışıqlardan
əvvəl alman heyətinin bütün nümayəndələrinin statusunun
dəqiqləşdirilməsinə ehtiyyac vardır.
Almanlar razılaşma əldə olunmuş məsələlərin icrasında
hədsiz diqqətcil, xırdalıqlara nəzər yetirəndirlər və partnyorlarından
da bunu tələb edirlər. Əgər icra barədə dəqiq zəmanət verilməzsə,
heç bir sövdələşmə imza olunmayacaqdır. Bu səbəbdən də
almanlarla sövdələşmə prosesində hər hansı bir şərtin icra