ETNOPSİXOLOGİYA 152
Nazirliyinin, Daxili Ticarət Nazirliyinin, xarici sovet ticarət
nümayəndələrinin üzvləri idi.
Danışıqların aparılmasında “rus milli üslubu” Ümumilikdə Amerkan və digər qərb diplomatlarının gözündə
rus partnyorlarının imici yüksək deyil. Bəzi qərb ölkələrinin tərəf
müqabilləri, amerikanlar rus tərəfinin şifahi vədlərinə heç bir önəm
vermirdilər. Danışıqlar üzrə qərb nümayəndələrinin fikrinə görə,
rus danışıq aparma stilinin digər stillərdən əsas fərqi ondan
ibarətdir ki, əsas diqqət ümumi məqsədlərə yönəlir, amma məqsədə
çatmağın yollarına isə az diqqət verilir.
Danışıqlarda problemin həlli zamanı rus nümayəndələri çox
ehtiyyatlı və risksiz davranmağı üstün tuturlar. O halda ki, çox və
az riskli variant arasında seçim baş verir, çox güman ki, ruslar
ikinci variantı seçərdilər. Rus tərəfində risk qorxusu təşəbbüsü
məhdudlaşdırır. Ona görə də son vaxtlara kimi, rus danışıqlar
aparma nümayəndələri əsas, partnyorun təkliflərinə reaksiya
göstərməyə yönəlirlər nəinki, öz fikirlərini, ideyalarını,
variantlarını irəli sürməyə.
Danışıqlarda rus tərəfi üçün danışıqların əvvəlində möhkəm
mövqe tutmağa çalışmaq xarakterikdir. Bu öz əksini, əsasən, öz
tələblərini gözəçarpan şəkildə yüksəltməkdə tapır. Daha sonra uzun
diskussiya və güzəştlərdən sonra tərəflərin yaxınlaşması baş verir.
Rus nümayəndələri üçün kompromis zəiflik əlaməti kimi
görsəndiyinə görə, onlar buna çox həvəssiz yanaşırlar.
Amerkan və Alman mütəxəsisslərinin fikrinə görə, rus
danışığı aparan üzvlərin psixoloji xüsusiyyətləri (məsələn iqtisadi
danışıqlar zamanı) aşağıdakılardır:
-Məqsədə çatmaqda orientasiyanın zəifliyi.
-Problemə baxılma ya çox abstrakt, ya da həddindən artıq
konkretdir (ya da hər ikisi eyni zamanda).
-Alternativ variant irəli sürmək, müxlətif həll variantlarını
müqayisə etmək qabiliyyətinin olmaması.
-Həmişə həll yoluna yönəlməmiş aydın, dəqiq olmayan,