ETNOPSİXOLOGİYA 148
sosial statusuna çox böyük əhəmiyyət verirlər. Onlar ticarəti çox
sevirlər.
Danışıqların aparılmasında “ərəb milli üslubu” Ərəb danışıq stili bununla xarakterizə olunur ki, İran
körfəzindən olan danışıqların iştirakçıları milli şərəf və ləyaqət
hissi ilə dolğundur. Onlar milli müstəqilliklə bağlı suallara qarşı
çox həssasdırlar. Onların daxili işləri ilə bağlı hər hansısa müzakirə
təcili rədd ediləcək.
Onlar üçün danışıqlar zamanı tərəf müqabilinə qarşı ədəbli
və hörmətli münasibət xarakterikdir. Bu və ya digər sual haqqında
öz nöqteyi-nəzərini çatdırmazdan əvvəl kollektivin fikrini və
məsləhətləşməni demonstrativ şəkildə nümayiş etdirməyi üstün
tuturlar. Onlarda hər hansı bir nümayəndənin danışıq aparma və
qərar qəbul etmədə öz rolunu qabağa çəkməyi qəbul edilməyib.
Ərəblərlə danışıqlar zamanı uğura nail olmaq üçün ən
mühüm şərtlərdən biri yerli adət ənənəyə əməl və hörmət etməkdir.
Danışıq aparmanın çərçivələrində ərəblər keçmişə əsəslanaraq,
həmişə qədim köklərinə istinad edirlər. Onların danışıqlarında əsas
xətt budur- öz ölkələrinin qədim adətlərini davam etdirmək.
Xüsusən ərəblər üçün danışıq prosesində islam ənənələri böyük
önəm oynayır. Ərəblər üçün danışıqlarda ən mühüm əlamətlərdən
biri də partnyotlar arasında etibarı təmin etməkdir. Ərəb adətlərində
qarşılıqlı ehtiramsız (baş əymək) söhbətə başlamaq nəzakətsizlik
sayılır. Ərəblər üçün danışıqların səviyyəsinə yüksək əhəmiyyət
vermə xarakterikdir. Ərəblər danışıqlardan əvvəl müzakirə
ediləcək sualların detallarına hazırlaşmağı üstün tuturlar. Onlarda
qərar qəbul etməzdən əvvəl uzun müzakirələr aparılır. Danışıqlar
üzrə mütəxəsislər qeyd edirlər ki, ümumilikdə ərəb dünyası
həmcins deyil və bu fakt özü özlüyündə bu və ya digər ərəb
dünyasının ölkəsinin danışıq aparma xüssiyyətlərində öz əksini
tapır. Ərəb şərqində danışığın yekununun xarakterik xüsusuyyətləri
budur ki, şifahi razılaşma və əl sıxma mərasimi danışıqlardakı
müzakirənin qüvvəyə minməsi üçün kifayətdir. Burda danışıq
aparmanın və bitirmənin digər xarakterik xüsusiyyəti budur ki,