ETNOPSİXOLOGİYA 149
praktiki olaraq istənilən şəraitin dəyişməsi və ya hər hansı yeni
informasiyanın daxil olması müzakirənin yenidən baxılmasına
səbəb ola bilər. Belə vəziyyət Qərb ölkələri üçün tamamilə
ağlasığmazdır.
Danışıqların aparılmasında “Cənubi Koreya milli üslubu” Cənubi Koreya təmsilçilərinə bir tərəfdən milli şərəf, digər
tərəfdən isə xüsusi kövrəklik xarakterdir. Onlar özlərinin milli
dəyərlərinə qarşı istənilən təcavüzü çox ağrılı qarşılıyırlar.
Amerikanlar kimi Cənubi Koreya təmsilçiləri də danışıqlar
zamanı “birbaşa mətləbə keçmək” istəyirlər, əlbəttə ki, qarşılıqlı
anlaşmadan sonra. Onlar ümumi müzakirəni xoşlamırlar və
partnyorluğun imkanlarını əldə edilmiş reallıqda və hazırlanmış
detallı proqramla müzakirə etməyə hazırdılar. Cənubi Koreya
təmsilçiləri özlərinin danışıq davranışlarında həmişə məntiqi
ardıcıllığa və dəqiq qarşılıqlı əlaqəyə nail olmağa çalışırlar. Onlar
tamamilə sadəliyə meyillidirlər və abstrakt müzakirəni heç
xoçlamırlar.Onlar özləri öz fikirlərini və həllin konkretliyi yolunu
tam dəqiq bildirirlər .
Belə hesab edilir ki, Cənubi Koreya danışıqlarında rastalanan
ən böyük çətinlik məhz budur - dilin baryeri. İngilis dilində
aparılan danışıqlar koreyalılar üçün çətin başa gəlir. Onlar öz
başadüşməzliyini aşkarlamaq və öz partnyoruna imtina etmək
istəmirlər. Bu baxımdan onlar biraz yaponlara bənzəyirlər.Onlar
kimi Cənubi Koreyalılar da başlarını yelləyəcəklər, amma bu o heç
də razılıq bildirmir. “Sifətini dəyişmək” qorxusu sadəcə onlara öz
anlamazlığını büruzə verməyə icazə vermir. Ona görə də, onlarla
danışıqlarda kimin necə başa düşməsi baxımından zəhlətökən
anlaşılmazlıq təsadüfi deyil. Məhz buna görə də, bu situasiyalarda
nə vaxt ki, tərəflər ürəkdən əmindirlər ki, anlaşmaya nail olublar,
halbuki hər biri özünəməxsus şəkildə başa düşür ki, bu proses
sonradan aşkarlanacaq.
Onlar heç vaxt açıq-açkar tərəf müqabilinə öz narazılığını
çatdırmırlar və heç vaxt ona onun səhv olması barədə demirlər.