ETNOPSİXOLOGİYA 151
Amerikan müəlliflərinin fikrinə görə, Sovet danışıqlarının
təmsilçiləri kompromisi qarşılıqlı güzəştdə tərəflərin yaxınlaşması
kimi başa düşürdülər.
Amerkan tərəfində belə güclü təəssürat yaranıb ki, sovet
danışıqları təmsilçiləri üçün kompromis məcburi və müvəqqəti
tədbirdir. Qərb tədqiqatçılarının fikrinə görə, sovet danışıq aparma
taktikası həm də buna görə fərqlənirdi ki, sovet tərəfi danışıqların
əvvəlindən öz tələblərini yüksəltməyə çalışırlar. Amma sonra uzun
diskussiyalar zamanı, çox və ya az, tərəflərin yaxınlaşması baş
verir (bu fenomenin izahı ciddi görsənməsə də, amma belə təsəvvür
olunur ki, on illərlə hökm sürən SSRİ-də bürokratik birlik
iqtisadiyyatı hərfi olaraq təhtəlşüur səviyyəsində hər bir şeydən
daha çox tələb etmək yeridirdi, çünki tələblər "az verilirdi".
Aydındır ki, bu cür fikirləşmə üslubu beynəlxalq danışıqlarda öz
əksini tapmaya bilməzdi). Sovet tərəfinin güzəşti onların özləri
tərəfindən baxılırdı eyni zamanda zəiflik yaranırdı, ona görə də bu
çox həvəssiz edilirdi.
Sovet tərəfi birtərəfli üstünlüyün əldə edilməsinə yönəlmiş
üsulların istifadəsinə qaçması nadir hal deyildi. Bəzi hallarda
partnyorla münasibətin-dostluq münasibətindən soyuq münasibətə
kimi qəfil dəyişməsi baş verirdi. Sovet danışıq aparma tərəflərinin
bu cür emosional danışıq aparma üslubu bütün sovet danışıq
aparma üslubu üçün xarakterikdir. Danışıqlarda Sovet
nümayəndələrinin tərkibi və strukturu ciddi iyerarxik prinsipə
əsaslanırdı. Son qərarın qəbul edilməsi prosesi mərkəzlə
mələhətləşmə əsasında baş verirdi və bu da istər istəməz
danışıqları uzadırdı. Danışıqların əsasında bağlanmış müqavilədə
sovet tərəfi həmişə toxunulmazlıq tələb edirdilər. Həmçinin öz
üzərlərinə götürdükləri öhdəlikləri də qeyri-şərtsiz yerinə
yetirirdilər.
Bununla yanaşı danışıqlar üzrə xarici mütəxəssislərlər
peşəkar sovet diplomatlarının yüksək səviyyəli hazırlığına və
mütəxəssisliyinə yüksək qiymət verirdilər. Bunu da nəzərə almaq
lazımdı ki, bu peşəkar nümayəndələr məhz Xarici İşlər