ETNOPSİXOLOGİYA 150
Həmçinin elə bunu partnyordan da gözləyirlər. Cənubi Koreyada
formal olmayan əlaqələr regional, nəsli, qohumluq, dostluq,
xüsusən də yüksək hakimiyyət eşalonlarındakı əlaqələr böyük rol
oynayır. Tərəf müqabilinin təsirinin real səviyyəsini aşkarlamaq
Cənubi Koreyalılar üçün danışıqlar prosesinin prespektivini
qiymətləndirmək məqsədilə çox vacibdir, baxmayaraq ki, onların
şərtlərində sadəcə qeyri-formal kömək bütün işi həll edə bilər.
Uğurlu danışıqlar üçün ən mühüm şərtlərdən biri cənubi
koreyalıların statusuna hörmət etməkdir, amma bundan baş
çıxarmaq müşkül məsələdir. Onlarda vəzifə və rütbə sistemi rus və
ya qərb sistemindən güclü fərqlənir, ingilis dilinə tərcümə isə
tamamilə qarışıqlığa gətirib çıxara bilər. Onlar onlarla danışıqlara
gələnin üzündə məsuliyyətli qərar qəbul etmək etimadı olmayanda
çox məyus olurlar. Əgər qərar qəbul edilsə, Cənubi Koreya tərəfi
dərhal onun icrasına hazır olduğunu ifadə edir. Onlarda bu tip
cavablara çaşqınlıq bəzən də qıcıqlanma baş verir: “fikirləşmək
lazımdır”, “razılaşmaq lazımdır” və ardıcıl razılaşmalar.
Danışıqların aparılmasında “sovet milli üslubu” Bir çox qərb mütəxəssislərinin fikrinə görə Sovet danışıq
aparma üslubu qərb ölkələrindən tamamilə, Amerikan stilindən isə
qismən fərqlənir.
Daha çox yayılmış fikrə görə Sovet ölkələrində bu və ya
digər məsələnin həlli zamanı danışıqlarda bu və ya digər sualların
müzakirəsində ümumi məqsədlər daha vacib idi. Sovet
təmsilçilərinin danışıqlara ənənəvi yanaşması ehtiyyatlı, risksiz
hərəkət etmək çərçivəsində yaxşı sezilirdi. Bu hallarda ki, daha
riskli və qismən riskli variant yarandıqda sovet tərəfi ikinci variantı
daha az riskli variantı seçirdilər. Aydındır ki, riskdən qaçmaq
orientasiyası, uğursuzluq qorxusu danışıqlarda təşəbbüs
məhdudiyyətinə təsir göstərirdi.
Sovet danışıqlarının təmsilçiləri məsələnin özünun həlli
variantını irəli sürməkdən daha çox tərəf müqabilinin təklifini üstün
tuturdular.