Microsoft Word etno kitab son srift 12



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə124/338
tarix25.09.2022
ölçüsü1,89 Mb.
#64101
növüDərs
1   ...   120   121   122   123   124   125   126   127   ...   338
ETNOPSIXOLOGIYA

ETNOPSİXOLOGİYA 
129 
insan reallıqdan qaçmaq istəyir və daha çox öz yerliləri ilə ünsiyyət 
saxlayaraq öz təəssüratlarını onlarla bölüşür. 
III mərhələ. Bu mərhələdə “mədəni şokun” simptomları kritik 
nöqtəyə çata bilər, bu da müxtəlif xəstəliklər və tam çarəsizlik 
hissində ifadə olunur. Yeni mühitə uğurla adaptasiya olunmayanlar 
isə vaxtından əvvəl öz vətəninə qayıdırlar. 
IV mərhələ. Lakin çox vaxt yad ölkəyə gələnlər ətraf 
mühitdən sosial yardım alırlar və onların köməyi ilə mədəni 
fərqləri aradan qaldıra bilirlər- dili öyrənirlər, yerli mədəniyyətlə 
tanış olurlar və s. Bu mərhələdə depressiya yavaş-yavaş nikbinliklə, 
inam və razılıq hissi ilə əvəz olunur. İnsan özünü cəmiyyətin 
həyatına daha da uyğunlaşmış və inteqrasiya olunmuş hiss edir. 
V mərhələ. Bu mərhələ tam və uzunmüddətli adaptasiya ilə 
xarakterizə olunur, yəni mühitin tələblərinə cavab olaraq fərdin 
stabil dəyişiklikləri başa düşülür. Uğurlu adaptasiya fərdin öz 
vətənində adaptasiya səviyyəsi ilə eyni olmalıdır. 
Lakin, çox uğurla adaptasiya olunmuş insanların iztirabları 
vətənə döndükdən sonra da davam edə bilər. Çünki, onlar “re-
adaptasiya” dövründən keçməlidirlər, “qayıdış şoku” keçir-
məlidirlər. Əvvəl onlar yüksək əhval-ruhiyyədə olurlar, dostların və 
qohumların görüşlərinə şad olurlar, öz ana dilində danışmaq 
imkanından sevinirlər, sonralar isə təəccüblə dərk edirlər ki, öz 
doğma mədəniyyətin xüsusiyyətləri onlara qəribə gəlir. 
Çoxsaylı empirik tədqiqatlar bu mərhələlərinin universallı-
ğına şübhə ilə yanaşmışdılar. Çünki, insanlar yeni mədəni mühitə 
düşdükdə mütləq olaraq bu mərhələlərin hamısından keçmirlər. 
“Mədəniyyət sarsıntısını” bütün insanlar keçirmir. Bəziləri isə 
mədəniyyət sarsıntısının simptomlarını hissi edən kimi öz vətəninə 
dönürlər və vətənə qayıdış da həmişə travmatik olmur. 
Yeni mədəni mühitə adaptasiya prosesinə bir çox faktorlar 
təsir göstərir. Bu faktorları fərdi və qrup faktorlara bölmək olar. 
Birinci tip faktorlara aid edirlər: 
1. Fərdi fərqlər – demoqrafik və şəxsi. 
Adaptasiya prosesinə yaş çox güclü təsir göstərir. Balaca 



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   ...   338




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin