ETNOPSİXOLOGİYA 123
üstünlük verilir. Aşağı kontekstli mədəniyyətlər öz mövqeyini
verbal dildə
dəqiq ifadə etmək qabiliyyətinə
əsasən
rəğbətləndirirlər. Belə mədəniyyətlərdə verbal vərdişlər daha çox
qiymətləndirilir.
Effektiv mədəniyyətlərarası kommunikasiyanı çətinləşdirən maneələr. Varna mədəniyyətlərarası kommunikasiyanı çətinləş-
dirən 6 maneəni açıqlayıb:
1.
Oxşarlıqların ehtimalı. Mədəniyyətlərarası kommu-
nikasiya zamanı anlaşılmazlığın səbəblərindən biri insanların
hamısının eyni olması və yaxud bir-biri ilə asan ünsiyyətə girmək
üçün bir-birlərinə oxşamaları fikridir. Təbii ki, insanlara bioloji və
sosial tələbatlarında əsas oxşarlıqlar xasdır.
2.
Dil fərqləri. İnsanlar mükəmməl bilmədikləri dildə
ünsiyyət yaratdıqda güman edirlər ki, söz, fraza, cümlə onların
çatdırmaq istədikləri mənada çatdırılır.
3.
Səhv qeyri-verbal interpretasiya. Hər hansı bir
mədəniyyətdə qeyri-verbal davranış kommunikasiya məlumat-
larının böyük bir hissəsini təşkil edir. Və yad bir mədəniyyətin
qeyri-verbal dilini düzgün başa düşmək çox çətindir. Qeyri-verbal
davranışın səhv interpretasiyası asanlıqla konfliktlərə gətirib
çıxarır. Bu isə kommunikasiya prosesini pozur.
4.
Qabaqcadan əmələ gəlmiş yanlış fikir və
stereotiplər. Stereotiplər də kommunikasiya proseslərə və bizim
qavrayışımıza təsir edən təbii və qaçınılmaz psixoloji proseslərdən
biridir. Stereotiplər bir çox psixoloji proseslərə arxalanır.
Stereotiplərə gərəksiz istinad başqa insanları və onların verdiyi
məlumatları obyektiv qiymətləndirməkdə maneçilik törədə bilər.
5.
Qiymətləndirmək meyli. Mədəni dəyərlərə də
müxtəlif neqativ qiymətlər verilə bilər. Bu effektiv
mədəniyyətlərarası kommunikasiyaya maneə ola bilər.
6.
Güclü həyəcan və ya gərginlik. Mədəniyyətlərarası
kommunikasiya epizodları çox vaxt güclü həyəcan və ya
gərginliklərlə bağlı olur. Lakin, həddən artıq həyəcanlanma
disfunksional fikri proseslərə və davranışa gətirib çıxara bilər. Bu