Microsoft Word etno kitab son srift 12



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə116/338
tarix25.09.2022
ölçüsü1,89 Mb.
#64101
növüDərs
1   ...   112   113   114   115   116   117   118   119   ...   338
ETNOPSIXOLOGIYA

ETNOPSİXOLOGİYA 
121 
açıqlayan bilik, ideya, fikir, anlayış və emosiyalardır.
Kanallar müxtəlif sensor modallığlardır. Bu modallıqların 
vasitəsilə siqnallar ötürülür və açıqlanır. Ən geniş yayılmış 
kommunikasiya kanalları vizual (üzün ifadəsi, bədənin pozaları) və 
audial (sözlər, səsin intonasiya) kanallardır. 
Mədəniyyətlərarası kommunikasiya prosesi mədəniyyətdaxili 
kommunikasiya prosesində yaranmayan bir çox müxtəlif əlavə 
psixoloji problemlərlə bağlıdır. Bunlardan əsası qeyri-müəyyənlik, 
konflikt və kontekstdir. 
Mədəniyyətlərarası kommunikasiya və qeyri-müəyyənlik. 
Kommunikasiya proseslərin bütün aspektlərinə mədəniyyətin geniş 
və dərin təsirini nəzərə alaraq, müxtəlif mədəniyyətin nümayən-
dələrinin istifadə etdiyi qaydalar eynidir. Qeyri-müəyyənlik həm 
verbal, həm də qeyri-verbal davranışa, həm kodlaşma, həm də 
dekodlaşma proseslərinə aiddir. 
Mədəniyyətlərarası kommunikasiyanı 
mədəniyyətdaxili 
kommunikasiyadan fərqləndirən əsas xarakteristikalarından biri 
qarşılıqlı əlaqəni (interaksiya) həyata keçirən əsas qaydaların qeyri-
müəyyənliliyi və ikimənalılığıdır. Mədəniyyətlərarası interaksiya 
iştirakçıları ünsiyyət zamanı çox vaxt başqaları üçün doğma 
olmayan verbal dildən istifadə edirlər. Buna görə də sözlərin 
mənasında qeyri-müəyyənlik yaranır. Qeyri-müəyyənlik qeyri-
verbal kanalların mədəni fərqliliyi daha da gücləndirir. Şapiro öz 
tədqiqatlarında müəyyənləşdirmişdir ki, tələbələr mədəniyyətdaxili 
epizodları kommunikativ keyfiyyətinə və pozitiv gözləmələrə görə 
yüksək qiymətləndirirdilər, nəinki mədəniyyətlərarası kommuni-
kasiyanın epizodlarını. Mədəniyyətlərarası kommunikasiya 
epizodlarını isə həyəcan, qeyri-müəyyənliyə görə daha yüksək 
qiymətləndirirdilər. Eyni ilə etnikdaxili görüşləri keyfiyyət və 
məmnunluğa görə yüksək qiymətləndirmişdilər, etnoslararası 
görüşləri isə həyəcan və qeyri-müəyyənliliyə görə yüksək qiymət 
vermişdilər. Bu nəticələr göstərir ki, mədəniyyətlərarası kommu-
nikasiyanın qeyri-müəyyənlik dərəcəsi daha yüksəkdir. 

Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   ...   338




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin