Microsoft Word etno kitab son srift 12



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə112/338
tarix25.09.2022
ölçüsü1,89 Mb.
#64101
növüDərs
1   ...   108   109   110   111   112   113   114   115   ...   338
ETNOPSIXOLOGIYA

ETNOPSİXOLOGİYA 
117 
təfəkkür və davranışda olan mədəni fərqləri anlamağa imkan verir. 
1950-ci ildə Edvard Sepir və Benjamin Uorf bu fərziyyəni irəli 
sürdülər. Əgər Sepir-Uorf fərziyyəsi doğrudursa bu o deməkdir ki, 
müxtəlif mədəniyyətlərdə insanlar müxtəlif cür fikirləşir və bunun 
səbəbləri onların dillərin təbiətində, strukturunda və 
funksionallaşmasındadır. Onların təfəkkkür prosesləri, 
assosiasiyaları, dünyanı şərh etmə üsülları hətta eyni hadisələrin 
qavranması belə fərqli ola bilər, çünki onlar fərqli dildə danışırlar 
və bu dil onların təfəkkürünün strukturunun formalaşmasına imkan 
yaradır. Bu hipoteza fərz edir ki, daha çox dildə danışan insanların
təfəkkürü müxtəlif strukturlara əsaslanır. İlkin tədqiqatlarda Kerol 
və Kasaqrande navaxo və ingilis dilinə danışan adamların müxtəlif 
əşyalara münasibətlərini müqayisə ediblər. Navaxo dilində 
linqvistik sistem daha mürəkkəbdir, məs, navaxo dilində müəyyən 
feillər cisimlərdən, əşyalardan asılı olaraq müvafiq linqvistik 
formalara dəyişilir. Linqvistik xüsusiyyətlər koqnitiv proseslərə 
təsir edir. Onların eksperimentlərində navaxo dilində danışan 
uşaqlar, ingilis dilində danışan uşaqlara nisbətən əşyaların daha çox 
formalarını fərqləndirirdilər. 
Müasir dövrdə insanlar bir neçə dildə danışırlar. Və 
insanların fikirləri, hissləri və davranışları hansı dildə 
danışdıqlarından asılı olaraq fərqlənir. Məs., Meksikadan olan 
immiqrantlar həm ingilis, həm də ispan dillərində danışırlar. Əgər 
ispan dilində danışırlarsa müəyyən tərzdə düşünürlər, ingilis dilində 
danışanda başqa tərzdə düşünə bilirlər. Doğrudan da, iki dildə 
danışan bir çox insanlar söyləyirlər ki, hansı dildə danışdıqlarından 
asılı olaraq onlar müxtəlif cür fikirləşir, hiss və hərəkət edir. Biz 
dili öyrənəndə onu müvafiq mədəniyyət kontekstində öyrənirik. İki 
dildə danışmağı öyrənən insanlar iki fərqli mədəniyyət 
kontekstində bunu edirlər. Beləliklə, müxtəlif dilləri istifadə 
etməklə insanlar müxtəlif cür düşünürlər amma dillər öz-özlüyündə 
təfəkkürdə olan fərqlərə görə cavabdeh deyil. 
Sepir-Uorf fərziyyənin güclü və zəif tərəfləri vardır. Güclü 
tərəfi ondan ibarətdir ki, dildəki fərqlər təfəkkürdə fərqlər yaradır. 



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   338




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin