ETNOPSİXOLOGİYA 114
böyüklər üçün vacib olan heç bir şey deyə bilməzlər. Və buna görə
də Samoa sakinləri öz uşaqlarını xüsusi olaraq danışmağa
öyrətmirlər və heç bir söhbətlər aparmırlar. Faktiki olaraq uşaqlar
böyüklərin deyil, öz bacı-qardaşlarının nitqini eşidirlər. ABŞ-da isə
bir tərəfdən hesab edirlər ki, uşaqların ingilis dilində düzgün
danışmağı üçün istiqamət lazımdır. Digər tərəfdən, amerikalılar
uşaqların necə danışdıqlarına (yəni, qrammatika və sintaksisə)
deyil, nələr danışdıqlarına (yəni, məzmununa) daha çox fikir
verirlər.
N.Xomskinin nəzəriyyəsi. Bütün mədəniyyətlərdə mövcud
olan fikirlərə və təcrübəyə baxmayaraq uşaqlar böyüklərin
köməyilə və köməyi olmadan öz dillərinə yiyələnə bilirlər və
həmin dildə sərbəst danışırlar. Bu ümumi nəticə belə bir qənaətə
gəlməyə imkan verir ki, insanların dilə yiyələnməsi universal və
anadangəlmə bir qabiliyyətdir. Məşhur linqvist Xomskinin fikrincə,
insanlarda dilə yiyələnmə aparatı mövcuddur, hansı ki,
qrammatika, sintaksis və praqmatikanın sahələrində anadangəlmə
qabiliyyətləri özündə ehtiva edir. Məhz bu aparatın köməyilə bütün
mədəniyyətlərdə normal uşaqların dilə yiyələnmə və sərbəst
danışması mümkündür. Halbuki bu aparatın mövcudluğu barədə
birbaşa sübutlar yoxdur. Bu nəzəriyyə müasir dövrün uşaqların öz
ana dilində sərbəst danışmağını izah edən ən yaxşı nəzəriyyələrdən
biridir. Mədəniyyət və leksika.Dil mədəniyyətin həm təzahürü, həm
də məhsuludur. Bu hər bir mədəniyyət və hər bir dilə aiddir.
Müxtəlif mədəniyyətlərdə dilin leksikasında fərqliliyə və oxşarlığa
fikir vermək lazımdır.
Bəzi dillərdə olan sözlər digər dillərdə yoxdur. Məs, eskimos
dili qarı təsvir etmək üçün daha çox sözdən istifadə edir, nəinki
ingilis dili. Linqvist Uorf ilk dəfə göstərmişdir ki, eskimos dilində
qarı təsvir etmək üçün üç sözdən, halbuki ingilis dilində bir sözdən
(snow) sözündən istifadə olunur. Bir çox başqa dillərdə də ingilis
dilində olmayan sözlər var. Müxtəlif dillərdə bir çox sözlər var ki
eyni məna daşıyır, lakin müxtəlif çalarları və mənaları olur. Məs.,