Microsoft Word etno kitab son srift 12



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə111/338
tarix25.09.2022
ölçüsü1,89 Mb.
#64101
növüDərs
1   ...   107   108   109   110   111   112   113   114   ...   338
ETNOPSIXOLOGIYA

ETNOPSİXOLOGİYA 
116 
Sayma sistemi. Sayma sistemi də dilin strukturuna 
özünəməxsus təsir göstərir. Yapon dilində cisimlərin sayı üçün 
müxtəlif sıra saylarından istifadə olunur. Məs, dairəvi və silindrik 
əşyalar üçün sıra saylarına “xon” şəkilçisi əlavə olunur (ippon, 
nixon), yastı əşyalar üçün isə “may” şəkilçisi əlavə olunur (icimai, 
nimai). İngilis dilində isə əşyalar sadəcə olaraq nömrələnir (first, 
second, third və s.). Yapon dilində 11-dən başlayaraq saylar başqa 
cür əmələ gəlir 11= on + bir (yu + içi), 12= on + iki (yu + ni) və s. 
İngilis dilində 20-dən sonra bu sistemlə əmələ gəlir: twenty one
twenty two. 
Mədəniyyət və praqmatika. Mədəniyyət dilin praqmatikasına 
da təsir göstərir, yəni müxtəlif sosial kontekstdən asılı olaraq dildən 
necə istifadə etmək lazımdır. 
Kaşıma 71 ölkənin dilində danışan 39 dillərin linqvistik və 
mədəni məlumatlarını toplayaraq tədqiq etmişdir. Mədəni 
göstəricilərə 4 xüsusiyyət daxil edilmişdir: individualizm, 
hakimiyyət məsafəsi, qeyri-müəyyənlikdən qaçması 
və 
maskulinlik. Alimlər belə bir nəticəyə gəliblər ki, şəxsi əvəzlikləri 
aradan götürən dillərdə mədəniyyətlər daha çox individualist 
mədəniyyətlərdir. 
Gudikunst ABŞ-da, Nişida isə Yaponiyada dilin istifadəsində 
mədəni fərqliliyi göstərən eksperimentlər keçirmişdilər. Yaponlar 
amerikalılara nisbətən öz qrupun daxilində münasibətləri daha 
yaxın münasibətlər kimi səciyyələndirirdilər. Mədəni fərqlər 
ünsiyyətin digər sahələrində mövcud oldu, məs, uşaq hekayələri, 
komplimentlər, tənqid, bağışlama və s. Amerikalılar üzr istəmək 
forması kimi izah etmək, anlatmağa üstünlük verirlər, yaponlar isə 
- kompensasiyaya. Sonrakı tədqiqatlar göstərdi ki, belə fərqlər 
fərdi, individual səviyyədə dəyərlər və mənlik şüuru ilə və bəzi 
şəxsi xüsusiyyətlərdən irəli gəlir. 
Sepir-Uorf nəzəriyyəsi. Sepir-Uorf nəzəriyyəsi linqvistik 
nisbilik fərziyyəsi kimi daha məşhurdur. Bu nəzəriyyəyə görə 
müxtəlif dillərdə danışan insanlar müxtəlif cür düşünürlər və bu 
onların dillərində olan fərqliliyindən irəli gəlir. Bu fərziyyə 



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   338




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin