Microsoft Word etno kitab son srift 12



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə110/338
tarix25.09.2022
ölçüsü1,89 Mb.
#64101
növüDərs
1   ...   106   107   108   109   110   111   112   113   ...   338
ETNOPSIXOLOGIYA

ETNOPSİXOLOGİYA 
115 
sındırmaq, kəsmək, içmək kimi sözlər hamının başa düşdüyü sadə 
və ümumi anlayışlar müxtəlif mədəniyyətlərdə müxtəlif müvafiq 
məna və çalarlar bildirə bilər və müxtəlif kontekstdə işlənə bilər. 
Müxtəlif mədəniyyətlərin insanları eyni bir sözə müxtəlif 
assosiyasiyalar yarada bilərlər. Öz ana dilimizin hər hansı bir sözü 
və başqa dildə onun tərcüməsi haqqında düşünəndə bu sözlərin 
dəqiq ekvivalentləri kimi qəbul etməməliyik. 
Özünə və başqalarına göstəriş. İngilis dilində danışan insanlar 
söhbət zamanı özlərini bildirmək üçün şəxsi əvəzliklərdən istifadə 
edirlər: I (mən), You (sən) və s. bu sözləri kiminlə danışdığımızdan 
asılı olmayaraq işlədirik. Məs, professor, valideyn, dost və 
tanışlarla danışanda “I” əvəzliyindən istifadə edirik. Ünsiyyət 
zamanı həmsöhbətimizi bildirmək üçün “You” əvəzliyindən 
istifadə olunur. Amma bəzi dillərdə özünü və başqa insanları 
bildirmək üçün daha mürəkkəb bir sistem mövcuddur. Bu sistem 
danışan insanların qarşılıqlı münasibətlərin təbiətindən irəli gəlir. 
Məs, yapon dilində ingilis əvəzliklərin ekvivalenti var, amma onlar 
ingilis dilində kimi işlənilmir. Yapon mədəniyyətində dil, adət və 
davranışın digər aspektləri ünsiyyət kontekstindən müvafiq olaraq 
modifikasiya olunmalıdır. Yaponiyada dilə və davranışa təsir edən 
ən vacib xüsusiyyətlər status və qrup orientasiyasıdır. Davranışın 
bütün cəhətləri ünsiyyətdə iştirak edən insanın statusunun aşağı və 
yaxud yuxarı olmasından dəyişilir. Eynilə davranış və dil insanın 
hansı daxili qrupun üzvü olmasına əsasən də fərqlənir. Məs., 
Yaponiyada ünsiyyət zamanı müəllim özünü elə müəllim (sensey), 
həkim doktor, valideynlər isə “ata” və “ana” adlandırırlar. Əgər siz 
aşağı statusa maliksəniz, onda özünüzü aşağıdakı əvəzliklərdən biri 
ilə adlandırmalısınız “vataçi”, “vatakusi”, “boku”, “ora”. Amma 
qadınlar özlərinə “boku” və “ora” deyə bilməzlər. Daha yüksək 
statuslu insanla söhbət edərkən özlərinə “vataçi” deyirlər, kişilər 
özlərinə isə dostlarla, iş yoldaşlarıyla ünsiyyətdə “boku” və ya 
“ora” deyirlər. “Sən” əvəzliyin (“You”) yapon dilində 
ekvivalentləri var “anata”, “omae”. Bunları ən yaxşı tanış olan 
insanlarla ünsiyyətdə işlədirlər. 



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   338




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin