ETNOPSİXOLOGİYA 107
yaşlarından görünür. Bir tədqiqatda Finlandiya, Polşa və ABŞ-dan
olan səkkiz yaşlı uşaqların aqressiyanın qavranılmasında fərqləri
müşahidə etmişdilər. Bu tədqiqatlarda uşaqlar oyuncaqlardan
istifadə edərək hekayə danışmalıydılar. Nəticələrə görə, amerikalı
uşaqların hekayələri daha çox aqressiv məzmunlu idi, onlar
aqressiv sözlərdən daha çox istifadə etmişdilər.
Bəzi alimlər aqressivliyin mədəni fərqlərinin mənbələrini
təlim və mühitdə görürlər. Psixoloqlar müəyyən ediblər ki,
mədəniyyətə qoşulma və sosializasiya prosesində aqressiyaya qarşı
analar öz uşaqlarının yönəlişliklərinə təsir göstərirlər. Bir tədqiqatın
nəticəsinə görə, yapon analar aqressivliyi təbii bir hal hesab edirlər
və onun həm pozitiv, həm də neqativ elementlərini qəbul edirlər.
Lakin başqa adamlara zərər verməməklə aqressiyanı nəzarətdə
saxlamaq lazımdır. İsrail anaları isə aqressiyanı təhlükə kimi qəbul
edirdilər. Aqressiyanı özünümüdafiə və neqativ emosional halların
ifadə etməsi üçün məqbul hesab edirdilər.
4.2. Sosial davranışın tənzimlənməsinin mədəni müxtəlifliyi Mədəniyyət anlayışı nəinki çoxaspektlidir, həm də
çoxfunksionaldır. Mədəniyyətin bir çox mühüm funksiyaları
içərisində ən vacib olanı – tənzimləyici funksiyasıdır, yəni mədə-
niyyət insanların davranışını bu və ya digər dərəcədə müəy-
yənləşdirir. İnsanların davranışlarının fərdiləşməsində mühüm
mədəniyyətlərarası və şəxsiyyətlərarası fərqlər mövcuddur. Mədə-
niyyət insanların sosial davranışlarına təsir göstərir və insanların
davranışlarını müəyyənləşdirir. Belə davranışları sosiotipik
davranışlar adlandırırlar. Bu davranış müəyyən mədəniyyətin tipik
proqramlarını və icmalar üçün standart situasiyalarda olan
davranışı tənzimləyir. Və eyni zamanda fərdləri şəxsi qərarların
qəbul edilməsindən azad edir.
Sosiotipik davranışının tənzimləyicisi kimi ənənə çıxış edə
bilər. Dünya elmində son onilliklər ənənə dedikdə daha geniş
proses və hadisələr başa düşülür. Müasir dövrdə ənənə anlayışı