ETNOPSİXOLOGİYA 106
olan ölkələrdə qətllərin sayı yüksəkdir. Başqa bir tədqiqata görə isə
estoniyalı iştirakçılar öz aqressiv davranışını hansısa məqsədə
çatmaq üçün bir vasitə kimi istifadə etmişdilər. Fin iştirakçıları isə
söyləmişdilər ki, aqressiya onları sadəcə əyləndirirdi. Müəllifər
belə bir qənaətə gəldilər ki, Finlandiyada aqressiya daha çox qeyri-
normal bir davranışdır, nəinki Estoniyada.
Bond və onun əməkdaşları Hongkonqda və ABŞ-da aqressiv
təhqir və tənqidi öyrənmişdilər. Müəlliflər güman etmişdilər ki,
Hongkonqda aqressiv təhqirlər və xüsusilə rəhbərin öz əməkdaşını
təhqir etməsi aqressiv davranış kimi qəbul olunmur. Çünki, bu
mədəniyyətdə hakimiyyət məsafəsi daha yüksəkdir, nəinki ABŞ-da.
Deməli status və hakimiyyət bərabər olmayanda aqressiv davranış
daha münasib olacaq. Nəticələr göstərir ki, çinlilər bu cür təhqirləri
qanunauyğun hesab etmişdilər.
Aqressiyadakı mədəniyyət fərqləri təkcə müxtəlif ölkələrdə
deyil, həm də bir ölkə daxilində də mövcud ola bilər. Bir tədqiqatda
ABŞ-nın Şimali və Cənub ştatlarında doğulan ağ dərili kişilərin
aqressivliyi müqayisə olunmuşdur. Eksperimentatorun köməkçisi
iştirakçıları təhqir edirdi və onların reaksiyaları kameraya yazılırdı.
Şimal ştatlarından olan kişilər təhqirə heç bir reaksiya vermirdilər.
Cənub ştatlarından olan kişilər isə əksinə, təhqiri öz şərəflərinə bir
təhlükə kimi qəbul edirdilər. Onlar həm fiziki, həm də koqnitiv
olaraq aqressiyaya hazır idilər və aqressiv davranışa tez-tez
keçirdilər. Müəlliflər bunu Cənub mədəniyyətindəki “namus”
anlayışının olması ilə izah edirdilər. Buna görə də onlar daha çox
aqressiv davranışa hazır idilər.
Digər tədqiqatlar göstərir ki, qruplar daha çox aqressiv
olurlar, nəinki ayrı-ayrı fərdlər. Qrupda insanlar daha çox özlərinə
güvənirlər və öz aqressiyalarını gizlətmirlər. Əgər qrupda mədəni
normalar aqressiya üçün şərait yaradırsa bu halda aqressiv davranış
təzahürləri mümkündür. Yox, əgər qrupdakı mədəniyyət normaları
aqressiya üçün şərait yaratmırsa, insanların davranışı daha təmkinli
olacaq.
Aqressiyanın təzahüründə mədəni fərqlər artıq uşaqlıq