Microsoft Word etno kitab son srift 12



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə94/338
tarix25.09.2022
ölçüsü1,89 Mb.
#64101
növüDərs
1   ...   90   91   92   93   94   95   96   97   ...   338
ETNOPSIXOLOGIYA

ETNOPSİXOLOGİYA 
98 
haqqında neqativ obrazın yaradılması məqsədinə xidmət etmişdir.
KİV-də düşmən haqqında verilən informasiya real 
olamamlıdır və şəxsi münasibəti özündə əks etdirməməlidir. Hətta, 
müharibə dövründə ADR- də qısa dalğalı radioları da satışdan 
yığışdırılımışdır.
1982-ci ildə Folklend adaları uğurunda Böyük Britaniya ilə 
Argentina arasında müharibə zamanı BBC- radiosu M.Tetçerin 
tənqidinə məruz qalmışdır. Müharibə zamanı oğlunu itirmiş 
argentinalı analardan intervyu aldığına görə BBC kompaniyası 
maliyyə dəstəyindən məhrum edilmişdir. 
Etnik konfliktin yaranmasına səbəb olan amillərdən biri 
illuzior korelyasiyanın yaradılmasıdır. Mahiyyət ondan ibarətdir ki, 
bir-biri ilə əslində heç bir əlaqəsi olmayan, yaxud da güman 
edildiyindən də az əlaqəsi olan iki müxtəlif hadisə bir-biri ilə 
əlaqələndirilir. İlluzior korelyasiya fenomeni stereotip əsasında 
işləyir. Konflikt iştirakçılarının qarşı tərəf haqqında malik olduğu 
stereotip hadisələr arasında əlaqəni tapmaqda insanlara kömək edir 
və o da öz növbəsində yaranmış stereotipin həqiqiliyin sübut edir. 
Psixologiyada etnoslararası münasibətlər üç əsas problem 
öyrənilir: konflikt necə baş qaldırır, necə cərəyan edir və onlarıı 
necə tənzimləmək olar. Etnoslararası, millətlərarası konfliktlərin 
səbəbi və həlli məsələsi psixoloqlarla yanaşı, siyasətçi və 
sosioloqları da maraqlandırır. Məsələyə sosioloji aspektdən 
yanaşdıqda əhalinin etnik mənsubiyyəti ilə cəmiyyəin sosial 
stratifikasiyası (cəmiyyətin təbəqələrə, startlara bölünməsi) 
arasındakı əlaqəsi təhlil olunur. Politoloji yanaşmada “etik 
hisslərin, etnoslararası gərginliyin mobilizasiya olunmasında və 
onun açıq konflikt səviyyəsinə qədər çatdırılmasında, hər şeydən 
əvvəl siyasi və intellektual qüvvələrin, elitanın rolu öyrənilir”. 
Psixologiyada isə etnik konfliktlərin səbəbləri ümumi nəzəriyyə 
çərçivəsində araşdırılır. Qeyd etmək lazımdır ki, bütün psixoloji 
konsepsiyalar qruplararası konfliktlərin sosial səbəblərini və sosial 
rəqabət və düşmənçiliyin səbəbini hərəkətlərdə və təsəvvürlərdə 
təzahür edən səbəblərini ayırd etmirlər. Halbuki, ingilis dilində 



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   338




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin