ETNOPSİXOLOGİYA 83
Ethik stereotiplərin digər mühüm xüsusiyyəti onların
davamlı olmasıdır. Yəni formalaşmış olan stereotip uzun müddət
işləyir, qarşılıqlı münasibətə təsir göstərir. Stereotipin dəyişməsi,
yenisi ilə əvəz olunması xeyli müddət tələb edən, çətin prosesdir.
Etnik stereotiplərin digər xüsusiyyətləri onların razılaşdırılmış və
qeyri dəqiq olmasıdır. A.Teşfel etnik stereotiplərin razılaşdırılmış
əlamət olmasını vacib şərt hesab edir və qeyd edir ki, qrup
üzvlərinin böyük əksəriyyətinin fikir, hiss və davranışında özünü
göstərdiyi halda, həmin hadisəni etnik stereotip kimi qəbul etmək
olar. Etnik stereotipərin qeyri-dəqiq olması qarşılıqlı
münasibətlərin düzgün qurulmasına, şəxsiyyətlərarası qavrayışda
konfliktlərin yaranmasına səbəb olur. 50-ci illərdən başlayaraq
amerikan psixoloqu O.Klaynberq “həqiqət rüşeymi” fərziyyəsinin
irəli sürdü və bu fərziyyəyə görə stereotiplərdə həqiqi biliklər,
yalançı məlumatlardan həmişə çox olur. Beləliklə, etnik stereotilər
gerçəkliyi nə qədər təhrif olunmuş şəkildə əks etdirsə də, biz onu
real həyatdan alırıq. Beləliklə, etnik stereotiplər, əksər hallarda
stereotipləşdirilən qrupun real xüsusiyyətlərini əks etdirir.
Sosial kauzal atribusiya dedikdə başqasının davranış və
hərəkətinin səbəbinin izah edilməsi başa düşülür. Etnik birliklər,
ayrı-ayrı qruplar arasında konflikt, problem bəzi hallarda
iştirakçıların bir-birinin davranışının səbəbini düzgün başa düşə
bilməməsi ilə bağlıdır. Müəyyən edilmişdir ki, adətən qrup üzvləri
əldə etdikləri naliyyətləri, yaxşılıqları, müsbət hərəkətləri,
xeyirxahlığı öz adlarına çıxır, daxili keyfiyyət hesab edir,
uğursuzluqları, koflikti, mübahisəni, neqativ davranışı, aqressiv
hərəkəti isə başqaları ilə onların pis hərəkəti ilə şərtləndiyini
göstərirlər. Aparılmı tədqiqatlarla bir daha təsdiq olundu ki,
insanlar öz qruplarının pozitiv, başqa qrup üzvlərinin, yəni başqa
xalqların isə neqativ hərəkətlərinin səbəbini daxili amillərlə, yəni
xalqın və etnosun daxili keyfiyyətlərilə əlaqəli olduğunu sübut
etmişlər. Özünkülərinin pis hərəkətlərini, başqalarının isə yaxşı
hərəkətlərini xarici səbələrlə əlaqəli baş verdiyini göstərirlər. Öz
və başqa qrupunu uğur və uğursuzluğunu bu cür izahı etnosentrik