Microsoft Word etno kitab son srift 12



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə74/338
tarix25.09.2022
ölçüsü1,89 Mb.
#64101
növüDərs
1   ...   70   71   72   73   74   75   76   77   ...   338
ETNOPSIXOLOGIYA

ETNOPSİXOLOGİYA 
76 
kimi emosiyalar da üzdə müxtəlif cür ifadə olunur. Pol Ekman
Yollis Frizen, Kervol İzard, Silvan Tomkinsin apardığı tədqiqatlar 
emosiyaların ifadə olunmasının universallığını təsdiq etmişdir. 
Üzdə emosiyaların ekspressiyası universal bioloji faktorların və 
müvafiq mədəniyyətdə mənimsənilmiş olan ifadə qaydalarının 
təsirindən asılı olur. 
Emosiyaların ifadə olunmasının neyro-mədəni nəzəriyyəsinə 
görə emosiyalar universal və mədəni ifadə qaydalarının təsirinə 
məruz qalır/Məsələn, Azərbaycan mədəniyyəti bəzi hissləri 
zəiflətməyi, bəzilərini artırmağı, bəzilərini maskalamağı tələb edir. 
Həmin qaydalardan asılı olaraq biz onları ekspressiya edirik. 
Amerikan psixoloqu D.Matsumoto emosiyaların ekspres-
siyasındakı mədəni fərqləri izah etmək üçün “ özününkülər” və 
“özgələr” qrupu anlayışlarını diqqət mərkəzinə gətirmişdir. O, 
hesab edirdi ki, insanın doğma yoxsa özgə hesab etdiyi insanlar 
arasında olması, onlarla qarşılıqlı təsirdə olması emosiyalar üçün 
xüsusi əhəmiyyət kəsb edir. Belə ki, emosiyaların ekspressiyası 
“özününkülər” və “özgələr” arasında fərqli şəkildə təzahür edir. 
Hər bir mədəniyyətdə insan üçün elə emosional yaşantı 
mövcuddur ki, onu özünkülər arasında sərbəst, rahat şəkildə ifadə 
edə bilirsən, özgə, yad mədəniyyətdə isə bu mümkün olmur və 
yaxud əksinə. 
Emosional sosializasiya insanın özü üçün kimləri yaxın və ya 
özgə insan qrupuna daxil etməsi və müvafiq davranışa yiyələnməsi 
deməkdir. 
Deməli, emosiyaların ifadə olunması emosional sosializasiya 
ilə bağlıdır. Bundan başqa, mədəniyyətin kollektivist yoxsa 
individualist tipə mənsubluğu da önəmli məsələlərdəndir. Birgə 
yaşayışa, qrupdaxili harmoniyaya həssas olan kollektivist mədə-
niyyətdə “özününkülər”ə qarşı daha çox pozitiv, daha az səviyyədə 
isə neqativ emosiyaların təzahürünə icazə verilir. Pozitiv emosiya-
lar qrupdaxili əmin-amanlığı təmin etdiyi, möhkəmləndirdiyi halda 
neqativ emosiya birliyi məhv edir, münasibətləri soyudur. 
İndividualist mədəniyyət isə əksinə, qrup daxilində 



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   338




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin