ETNOPSİXOLOGİYA 73
hisslər yalnız bir millətin başqa millətə olan münasibəti ilə məh-
dudlaşmır, bu bütövlükdə millətin daxili strukturudur. Milli hisslər
millətlərarası qarşılıqlı münasibətlərin, eləcə də siyasi və iqtisadi
şəraitin təsirinə məruz qalır. Milli hisslər özünün predmetliliyi,
sosial-etnik təmayüllüyü, incəliyi və yüngüllüyü, az və ya çox
dərəcədə dərk olunanlığı, həmçinin emosionallığı və ardıcıllığı ilə
digər sosial hisslərdən fərqlənir.
Milli hisslərin formalaşmasının əsas mərhələsi xalqın, əhali
səviyyəsindən çıxıb millət səviyyəsinə keçə bildikidən sonra
başlayır. Onu da qeyd etmək lazımdır ki, milli hisslərin, milli
şüurun formalaşması bir qədər ləng baş verir. Xalqın, əhalinin,
toplumun millət səviyyəsinə yetişməsi onun inkişafının göstəri-
cisidir. Əgər insanlar məkan mənsubiyyətini, milli mənsubliy-
yatdan ön plana keçirirsə deməli, həmin bölgənin insanlarında
“biz” hissi hələ də formalaşmayıb və özlərini millət səviyyəsində
hələ də dərk etmirlər. Insanları bir millət daxilində regional
mənsubiyyətə görə “özünkülərə” və “özgələrə” bölmək və fərqli
münasibət bəsləmək, yerliçilik, məhəlləçilik, tayfabazlıq kimi
neqativ hisslərin mövcudluğu milli özünüdərkin zəif formada
cərəyan etdiyini əks etdirir, millətin isə hələ də tayfa, qəbilə
səviyyəsində düşündüyünü və hərəkət etdiyini göstərir. Millətin
bütün tarix boyu ağılı, zəhməti və əməyi ilə əldə etdiyi və ya
yaratdığı maddi və mənəvi dəyərlər, coğrafi ərazi, adət və ənənəsi,
dili, dini, məişəti, ədəbiyyatı, fəlsəfəsi idarəetmə üslubu, sosial-
iqtisadi birliyi ilə milli birlik insanların milli hisslərinin predmeti
kimi çıxış edir. Etnik milli hisslər bir qayda olaraq xalq, millət
üçün səciyyəvi olan etnik stereotiplər, adət və ənənələr, sərvət
dəyərlərinin icrası ilə əlaqədar olaraq baş verir. Məsələn, 2013-cü
ildə Fransada eynicinslilərin nigahı haqqında qanun qəbul
edildikdən sonra nigaha girən 18-20 yaşlı iki “oğlanın”
valideynlərinin bu hadisəni qarşılaması çox böyük sevinclə və öz
oğlanları ilə fəxr etməsi və bütün bunların “Avronyus” kanalına
çıxarılması mədəniyyət və ya milli xarakter məsələsidir. Çətin ki,
Azərbaycanda, hətta Rusiyada da bu cür “oğulları” ilə fəxr edən