Microsoft Word etno kitab son srift 12



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə83/338
tarix25.09.2022
ölçüsü1,89 Mb.
#64101
növüDərs
1   ...   79   80   81   82   83   84   85   86   ...   338
ETNOPSIXOLOGIYA

ETNOPSİXOLOGİYA 
87 
psixoloji funksiyadır və insan psixikasına xas olan xassədir. O, bir 
halda etnos üçün pozitiv identikliyin qorunub saxlanılmasına 
kömək edən sosial-psixoloji hadisədir. Etnosentrizm insanın psixi 
həyatının ayrılmaz tərkib hissəsidir. Etnosentrizm insanlar üçün 
mədəniyyət süzgəci funksiyasının yerinə yetirir.
Hər bir fərdin sosial mühiti, daxil olduğu mədəniyyət 
fərqlidir. Insan ətraf aləmdə baş verən hadisələri, insanların fikir, 
hiss və hərəkəırtlərini daxil olduğu mədəniyyətin qanunlarına 
uyğun olaraq qavramağa və qiymətləndirməyə meyilli olur. 
Amerikan psixoloqu D.Matsumoto etnosentrizmi belə izah edir: 
“Etnosentrizm-insanın məxsusi mədəniyyət süzgəclərindən istifadə 
etməklə dünyanı qiymətləndirmək meylidir”. Mədəniyyət süzgəci 
dedikdə, insanların sosializasiya vasitəsilə davranış və əxlaq 
normaları, sərvət dəyərləri və s. sosial həyat haqqında olan bilikləri 
başa düşülməlidir, yəni, insanlar yaşadıqları cəmiyyət haqqında 
biliklərə yiyələnməklə, müvafiq süzgəclərə sahib olur.
Etnosentrizmi insan psixikasının səciyyəvi xüsusiyyəti 
olduğu üçün birmənalı şəkildə müsbət və ya mənfi adlandırmaq 
mümükün deyil. Bu xüsusiyyətləri vəhdətdə götürmək lazımdır. 
Etnosentrizm fərdin öz mədəniyyətinə qovuşmağının və 
sosializasiyasının normal nəticəsidir. İnsan sosial mühitdə davranış 
normaları ilə əvvəlcə tanış olur, sonra isə onları mənimsəyir və 
əməl edir. Sosial psixi həyatın əvvəl interpsixi, sonra isə intrapsixi 
kökə malik olması psixoloji müntəxəbatdır. Mədəniyyət, insanların 
davranışını tənzim edən və ona nəzarət edən çoxsaylı qaydalardan 
ibarətdir. Məsələn, öyrənirik ki, ictimai nəqliyyatda qadınlara, 
yaşlılara və uşaqlara yer vermək lazımdır. Bu qaydalar bizim 
müvafiq mühitdə davranışımızı formalaşdırır, tənzim edir. Onlara 
əməl etmədikdə isə ən azı ictimai qınaqla rastlaşır, bəzən isə tənbeh 
olunuruq. Məsələn, əgər oğlan uşağı ağlağan olursa, o, öz 
yaxınlarının, ailə üzvlərinin ya da həmyaşıdlarının gülüş və tənqid 
obyektinə çevrilir. Ya da bu hərəkətinə görə ona müəyyən ləqəb 
verirlir. Nə qədər ki, balacayıq, mövcud davranış normalarını 
mənimsəməliyik və onları xarakterimizdə möhkəmləndirməliyik. 



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   338




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin