Строительные нормы и правила



Yüklə 1,4 Mb.
Pdf görüntüsü
səhifə17/64
tarix20.10.2022
ölçüsü1,4 Mb.
#65620
1   ...   13   14   15   16   17   18   19   20   ...   64
isitme-ventilyasiya-havanin-kondisiyalasdirilmasi-layihelendirme-normalari

Sistemlər 
7.12. Yerli sorma sistemləri elə layihələndirilməlidir ki, xaric edilən havada olan yanar qazların, 
buxarların, aerozol və tozların qatılığı, xaric edilən qarışığın temperaturunda AYHAQ-ın 50 %-indən 
yuxarı olmasın. 
7.13. Hava sərfi avtomatik tənzimlənən ümumi mübadilə ventilyasiya və kondisiyalaşdırılma 
sistemləri otaqlara daxil olan izafi istiliyin, nəmliyin və ya zərərli maddələrin dəyişməsindən asılı 
olaraq iqtisadi cəhətdən əsaslandırıldıqda layihələndirilməlidir. 
7.14. Gün ərzində 8 saat və daha artıq vaxt iş görülən istehsalat sahələrində mexaniki vurucu 
ventilyasiya sistemləri əsasən hava ilə isitmə sistemləri ilə birləşdirilməlidir. 
7.15. Hava ilə isitmə sistemləri və hava ilə isitmənin birləşdirildiyi vurucu ventilyasiya 
sistemləri ehtiyat ventilyatoru və ya ikidən az olmayan isitmə aqreqatı ilə nəzərdə tutulmalıdır. 
Ventilyator sıradan çıxdıqda otaqda havanın temperaturunun normalaşdırılan qiymətdən aşağı 
düşməsinə yol verilir, lakin 5ºC-dən aşağı olmayaraq, xarici havanın verilməsi əlavə 19-a uyğun 
təmin edildikdə. 
7.16. İstehsalat və inzibati-məişət otaq və sahələrinin (insanların daimi olduqları) ümumu 
mübadilə ventilyasiya sistemləri, təbii havalandırma olmadıqda, hər birinin məhsuldarlığı tələb 
olunan havadəyişmənin 50 % sərfinə uyğun ən azı iki vurucu və iki sorucu ventilyatorla nəzərdə 
tutulmalıdır. 
Ehtiyat ventilyatorlarla bir vurucu və bir sorucu sistemin nəzərdə tutulmasına yol verilir. 
Qeyd olunan otaqlar partlayış və yanğın təhlükəliliyinə görə eyni kateqoriyalı və analoji zərərli 
maddələr ayrılan yanaşı otaqlarla açılan boşluqlarla birləşdikdə, vurucu sistemi ehtiyat ventilyatorsuz, 
sorucu sistemi isə ehtiyat ventilyatorla layihələndirilməsinə yol verilir. 
7.17. Otaqlarda havanın tələb olunan parametrlərini ilboyu və sutkaboyu təmin etmək üçün 
təyin edilmiş kondisiyalaşdırılma sistemləri ən azı iki kondisionerlə nəzərdə tutulmalıdır. 


21 
Kondisionerlərdən biri sıradan çıxdıqda tələb olunan havadəyişmənin ən azı 50 %-i və qış dövrü üçün 
verilmiş temperatur təmin edilməlidir; otaqlarda verilmiş parametrlərin daimi sabit saxlanılmasına 
texnoloji tələblər olduqda, havanın tələb olunan parametrlərinin saxlanılması üçün ehtiyat 
kondisionerlərin və ya ventilyatorların, nasosların quraşdırılması nəzərdə tutulmalıdır. 
7.18. 1 və 2-ci təhlükəlilik siniflərinə aid olan zərərli maddələrin yerli sorma sistemlərində 
ventilyator dayandırıldıqda texnoloji avadanlığın dayandırılması mümkün olmursa və iş növbəsi 
ərzində otaqda zərərli ayırmaların qatılığı YVQ-nı keçirsə, hər sistem üçün bir ehtiyat ventilyator və 
ya iki sistem üçün bir ehtiyat ventilyator nəzərdə tutulmalıdır. 
Zərərli ayrılmaların qatılığının YVQ-ya qədər azaldılması bənd 12.13-ün “e” yarımbəndinə 
uyğun olaraq avtomatik qoşulan qəza ventilyasiya sistemi vasitəsi ilə mümkün olduqda ehtiyat 
ventilyatorun nəzərdə tutulmamasına yol verilir. 
7.19. A və Б kateqoriyalı binaların mexaniki sorucu ümumi mübadilə ventilyasiya sistemləri, 
otaqlarda yanar qazların, buxarların və ya tozun qatılığının qaz, buxar və toz-hava qarışıqlarına görə 
AYHAQ-ın 0,1-indən yuxarı olmayan həddə saxlanılması üçün tələb olunan hava sərfini təmin edən 
bir ehtiyat ventilyatorla (hər bir sistem və ya bir neçə sistem üçün) nəzərdə tutulmalıdır. 
Aşağıdakı hallarda ehtiyat ventilyator nəzərdə tutulmamalıdır: 
a) əgər ümumi mübadilə ventilyasiya sistemi dayandıqda onunla bağlı texnoloji avadanlığı 
dayandırmaq mümkün olursa və yanar qazların, buxarların və tozun ayrılmasına son qoyulursa; 
b) əgər otaqda yanar qazların, buxarların və tozun qatılığının qaz, buxar və toz-hava 
qarışıqlarına görə AYHAQ-ın 0,1-indən yuxarı olmayan həddə saxlanılması üçün tələb olunan hava 
sərfini təmin edən qəza ventilyasiyası nəzərdə tutulubsa. 
“a” və “b” yarımbəndlərinə uyğun ehtiyat ventilyator quraşdırılmadıqda, bənd 12.14-ə uyğun 
qəza siqnalizasiyasının işə düşməsi nəzərdə tutulmalıdır.
Partlayış təhlükəli qarışıqların yerli sorma sistemlərində ventilyator dayandıqda avadanlığın 
dayandırılması mümkün olmursa və yanar qazların, buxarların və tozun qatılığı 0,1 AYHAQ-ı 
keçirsə, hər bir sistem üçün bir ehtiyat ventilyator və ya iki sistem üçün bir ehtiyat ventilyator (o 
cümlədən ejektorlu qurğular üçün) nəzərdə tutulmalıdır. Otağın havasındakı yanar maddələrin 
qatılığının bənd 12.13-ün “e” yarımbəndinə uyğun olaraq avtomatik qoşulan qəza ventilyasiya sistemi 
vasitəsi ilə 0,1 AYHAQ-a qədər azaldılması mümkün olduqda ehtiyat ventilyatorun nəzərdə 
tutulmamasına yol verilir. 
7.20. Yaşayış, ictimai və inzibati-məişət binalarının təbii sorucu ventilyasiya sistemləri xarici 
havanın 5ºC və daxili havanın qış dövrü üçün hesabi parametrlərinə uyğun temperaturlarında xüsusi 
çəkilərinin fərqinə əsasən hesablanmalıdır. 
İstehsalat sahələri üçün təbii sorucu ventilyasiya sistemləri aşağıdakılara görə hesablanmalıdır: 
a) bütün isidilən otaqlar üçün ilin keçid dövründəki hesabi parametrlərə uyğun, izafi istiliyi olan 
otaqlar üçün isə ilin yay dövrünün hesabi parametrlərinə uyğun daxili və xarici havanın xüsusi 
çəkilərinin fərqinə əsasən; 
b) ilin yay dövründə izafi istiliyi olmayan otaqlar üçün küləyin sürətinin 1 m/s olmasına əsasən. 
7.21. İstehsalat otaqlarının təbii işıq düşən boşluqlarının altında, bənd 6.48-ə uyğun qızdırıcı 
cihazların yerləşdirilməsi mümkün olmadıqda, istilik itkilərinin kompensasiyası məqsədilə, daimi iş 
yerlərində olan boşluqların altına isti havanın verilməsi üçün hava ilə isitmə sistemləri nəzərdə 
tutulmalıdır. 
7.22. Ventilyasiya, havanın kondisiyalaşdırılması və hava ilə isitmə sistemləri bir yanğın 
bölməsində yerləşən otaqların hər bir qrupu üçün ayrı-ayrı olaraq nəzərdə tutulmalıdır. 
Partlayış və yanğın təhlükəliliyinə görə bir kateqoriyadan olan otaqların, yanğın əleyhinə 
mühafizə sədləri ilə bölünmədikdə, həmçinin başqa otaqlara 1 m²-dən böyük sahəsi olan açıq 
boşluqları olduqda, bir otaq kimi qəbul edilməsinə yol verilir. 
7.23. Ventilyasiya, havanın kondisiyalaşdırılması və hava ilə isitmə sistemləri (bundan sonra – 
ventilyasiya) aşağıdakı otaqlar üçün ümumi nəzərdə tutulmalıdır: 
a) yaşayış; 


22 
b) ictimai, inzibati-məişət və Д kateqoriyalı istehsalat (istənilən variantlarda); 
c) istehsalat (A və ya Б kateqoriyalarının hər hansı birindən olan), ən çoxu üç mərtəbədə 
yerləşdirilmiş; 
ç) istehsalat (В, Г və ya Д kateqoriyalarının hər hansı birindən olan); 
d) anbarlar (A, Б və ya В kateqoriyalarının hər hansı birindən olan), ən çoxu üç mərtəbədə 
yerləşdirilmiş; 
e) ümumi sahəsi 1100 m²-dən artıq olmayan A, Б və В kateqoriyaları (istənilən variantlarda) və 
A, Б və В kateqoriyalı anbarlar (istənilən variantlarda), otaqlar ayrıca olan birmərtəbəli binada 
yerləşdikdə və onların bilavasitə yalnız bayıra açılan qapıları olduqda; 
ə) istehsalat (Г və Д kateqoriyalı) və Д kateqoriyalı anbarlar. 
Laboratoriyaların ventilyasiya sistemlərinə olan tələblər əlavə 18-də verilmişdir. 
7.24. Aşağıdakı otaqlar qrupları üçün otaqların bir qrupuna ümumi sahəsi 200 m²-dən çox 
olmayan digər qrupun otaqlarını birləşdirməklə, onların ventilyasiya sistemlərinin bir sistemə 
birləşdirilməsinə yol verilir: 
a) yaşayış və inzibati-məişət və ya ictimai otaqların (müvafiq normativ sənədlərin tələbləri 
nəzərə alınmaqla), birləşdirilən digər təyinatlı otaqların ümumi havakəmərində odtutucu klapanın 
quraşdırılması şərtilə; 
b) Г və Д kateqoriyalı istehsalat və inzibati-məişət otaqların (insanların kütləvi olduqları 
otaqlardan başqa); 
c) A, Б və ya В kateqoriyalı istehsalat və istənilən kateqoriyalı istehsalat otaqlarının, o 
cümlədən anbarların (həmçinin yaşayış və insanların kütləvi olduqları otaqlardan başqa digər təyinatlı 
otaqların) birləşdirilən digər təyinatlı otaqların ümumi havakəmərində odtutucu klapanın 
quraşdırılması şərtilə. 

Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin