Строительные нормы и правила


 Pilləkən qəfəslərində havanın temperaturu müsbət 5ºC-dən aşağı olmamalıdır.  6.94



Yüklə 1,4 Mb.
Pdf görüntüsü
səhifə16/64
tarix20.10.2022
ölçüsü1,4 Mb.
#65620
1   ...   12   13   14   15   16   17   18   19   ...   64
isitme-ventilyasiya-havanin-kondisiyalasdirilmasi-layihelendirme-normalari

6.93. Pilləkən qəfəslərində havanın temperaturu müsbət 5ºC-dən aşağı olmamalıdır. 
6.94. Mühitin (istilikdaşıyıcının) temperaturu 120ºC-dən yuxarı olan boru kəmərlərində, 
havakəmərlərində, tüstü xaricedicilərdə və bacalarda istilik izolyasiya və səs-küydən mühafizə qatları 
yanmayan materiallardan olmalı və istismar şəraitində mühitin (istilikdaşıyıcının) mümkün ola bilən 
maksimal temperatur şəraitində çürüməməli, alovlanmamalı və alovsuz yanmamalıdır. 
6.95. İstilik generatorlarının, qaz kəmərlərinin, bacaların və havakəmərlərinin texniki xidməti 
və təmiri qəza-dispetçer xidməti olan ixtisaslaşdırılmış təşkilatlar tərəfindən həyata keçirilməlidir. 


19 
7. Ventilyasiya, kondisiyalaşdırılma və hava ilə isitmə 
Ümumi müddəalar 
7.1. Ventilyasiya, hava ilə isitmə, hava duşları və hava istilik pərdələri otağın xidmət edilən və 
ya işçi zonasında (daimi və müvəqqəti iş yerlərində) yolverilən meteoroloji şəraitin və havanın 
təmizliyinin təmin edilməsi üçün nəzərdə tutulmalıdır. 
7.2. Kondisiyalaşdırılma, otağın xidmət edilən və ya işçi zonasında və ya onun ayrı-ayrı 
sahələrində havanın normalaşdırılan təmizliyinin və meteoroloji şəraitin təmin edilməsi üçün nəzərdə 
tutulmalıdır. 
Havanın kondisiyalaşdırılması siniflər üzrə aşağıdakı kimi qəbul edilməlidir: 
- birinci sinif – iqtisadi cəhətdən əsaslandırıldıqda və ya normativ sənədlərin tələblərinə uyğun 
olaraq texnoloji proses üçün tələb olunan meteoroloji şəraitin təmin edilməsi üçün; 
- ikinci sinif – optimal normalar daxilində və ya texnoloji proses üçün tələb olunan həddə 
meteoroloji şəraitin təmin edilməsi üçün; 
daimi və müvəqqəti iş yerlərinin xidmət olunan zonasında havanın hərəkət sürətinin yolverilən 
normalar daxilində qəbul edilməsinə yol verilir; 
- üçüncü sinif –
havanın süni soyudulması tətbiq edilmədən ilin yay dövründə ventilyasiya ilə 
meteoroloji şəraitin təmin edilməsi mümkün olmadıqda, yolverilən normalar daxilində və ya iqtisadi 
cəhətdən əsaslandırıldıqda optimal normalar daxilində meteoroloji şəraitin təmin edilməsi üçün.
7.3. Aşağıdakı hallarda mexaniki ventilyasiya nəzərdə tutulmalıdır: 
a) meteoroloji şərait və havanın təmizliyi təbii ventilyasiya ilə təmin edilə bilmədikdə; 
b) təbii havalandırılması olmayan otaq və zonalar üçün. 
Havanın vurulması və ya sorulması üçün təbii ventilyasiya sistemindən qismən istifadə etməklə 
qarışıq ventilyasiya sisteminin layihələndirilməsinə yol verilir. 
7.4. İzafi istilik selinin səthi sıxlığı 23 Vt/m²-dan yuxarı olan otaqlarda və ya kranda işləyən 
adam səthi sıxlığı 140 Vt/m²-dan yuxarı olan istilik seli ilə şüalandıqda kranların kabinələri üçün 
havanın soyudulması və ya soyudulmaması ilə mexaniki ventilyasiya nəzərdə tutulmalıdır. 
Kranın kabinəsini əhatə edən havada zərərli maddələrin qatılığı YVQ-dan çox olarsa, 
ventilyasiya xarici hava ilə nəzərdə tutulmalıdır. 
7.5. Qaz və ya buxar ayrılan A və Б kateqoriyalı otaqların tambur-şlüzlərinə, həmçinin 1 və 2-ci 
təhlükəlilik siniflərinə aid olan zərərli qaz və ya buxar ayrılan otaqlara xarici havanın verilməsi 
nəzərdə tutulmalıdır. 
7.6. Dərinliyi 0,5 m və daha artıq olan çalalar, həmçinin gündəlik xidmət tələb edən A və Б 
kateqoriyalı otaqlarda və ya xüsusi çəkisi havanın xüsusi çəkisindən artıq olan zərərli qaz, buxar və 
aerozol ayırmaları olan otaqlarda yerləşən baxış kanalları üçün mexaniki sorucu-vurucu və ya sorucu 
ventilyasiya nəzərdə tutulmalıdır. 
7.7. Tavan ventilyatorları və yelpik-ventilyatorları (iş yerlərinin hava duşlanması üçün istifadə 
edənlərdən başqa) ilin yay dövründə havanın hərəkət sürətinin əlavə 1 və əlavə 2-yə uyğun 
yolverilən qiymətə nisbətən vaxtaşırı yüksəldilməsi (iş yerlərində və otağın ayrı-ayrı sahələrində 0,3 
m/s-dən yuxarı olmamaqla) məqsədilə aşağıdakı yerlərdə vurucu ventilyasiya sistemlərinə əlavə kimi 
nəzərdə tutulmalıdır: 
a) IV iqlim rayonunda, iqtisadi cəhətdən əsaslandırıldıqda isə III iqlim rayonunda da yerləşən 
ictimai, inzibati-məişət və istehsalat binalarında; 
b) səthi sıxlığı 140 Vt/m²-dan yuxarı olan şüalanan istilik seli ilə daimi iş yerlərində 
şüalandıqda. 
7.8. Aşağıdakı hallarda daimi iş yerlərində xarici hava ilə hava duşlanması nəzərdə tutulmalıdır: 
a) səthi sıxlığı 140 Vt/m²-dan yuxarı olan şüalanan istilik seli ilə şüalandıqda; 
b) zərərli ayırmaların daimi iş yerlərində yayılmasının qarşısının alınması üçün tədbirlərin 
nəzərdə tutulması ilə, zərərli ayırmalarla müşayiət olunan açıq texnoloji proseslərdə və sığınacağın və 


20 
ya yerli sorucu ventilyasiyanın quraşdırılması mümkün olmadıqda. 
Metal əritmə, tökmə, yayma və digər qaynar sexlərdə iş yerlərinin hava duşlanması üçün bu 
sexlərin aerasiya olunan aşırımlarının daxili havanın su ilə soyudulmuş və ya soyudulmamış halda 
istifadə edilməsinə yol verilir. 
7.9. Hava ilə isitmə, hava sərfini əlavə 17-yə uyğun olaraq müəyyən etməklə, əlavə 11-də 
göstərilən otaqlar üçün nəzərdə tutulmalıdır. 
Havapaylayıcıların çıxışında havanın temperaturu bənd 5.10-un tələblərinə uyğun 
hesablanmalıdır, lakin otaqda ayrılan qazların, buxarların, aerozol və tozların öz-özünə alovlanma
temperaturundan ən azı 20 % aşağı qəbul edilməlidir. 
7.10. Vurucu və resirkulyasiya qurğularında havanın qızdırılması zamanı havaqızdırıcıların 
istilikdaşıyıcısının (su, buxar) və elektrik havaqızdırıcılarının, həmçinin qaz havaqızdırıcılarının 
istilikvermə səthlərinin temperaturu, ventilyasiya avadanlığı üçün olan otağın və ya göstərilən 
qurğuların yerləşdiyi otaqların kateqoriyasına və ya təyinatına görə qəbul edilməli, lakin 150ºC-dən 
yuxarı olmamalıdır. 
7.11. 
Mexaniki 
ventilyasiya 
sistemlərində 
havanın 
tozdan 
təmizlənməsi 
elə 
layihələndirilməlidir ki, vurulan havada tozun miqdarı aşağıdakılardan yuxarı olmasın: 
a) havanı yaşayış və ictimai binaların otaqlarına verdikdə – yaşayış məntəqələrində atmosfer 
havasında olan YVQ-dan; 
b) havanı istehsalat və inzibati-məişət binalarının otaqlarına verdikdə – işçi zonanın havasında 
olan YVQ-nın 30 %-indən; 
c) havanı kranların kabinəsinə, idarəetmə pultlarına, işçilərin nəfəs aldıqları zonalara, həmçinin 
hava duşlarına verdikdə – ölçüləri 10 mkm-dən artıq olmayan toz hissəcikləri ilə işçi zonanın 
havasında olan YVQ-nın 30 %-indən; 
ç) texniki şərtlərə görə ventilyasiya avadanlığında yolverilən qatılığından. 

Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin