Mənzillər üzrə istilik təchizatı 6.86. Mənzillər üzrə istilik təchizatı sistemlərində istilik mənbəyi kimi zavod istehsalı olan
tamamilə avtomatlaşdırılmış, daimi xidmət heyəti olmadan işləyən, yanacaq kimi təbii qazdan istifadə
edən, germetik yanma kamerası olan və su istilikdaşıyıcısının temperaturu 90ºC-yə və təzyiqi 1,0
MPa-a qədər olan qazanlardan istifadə olunmalıdır.
Açıq yanma kameralı isitmə qazanların tətbiq olunması СНиП 2.08.01-in tələblərinə uyğun
olaraq nəzərdə tutulmalıdır.
6.87. Germetik yanma kameralı istilik generatorlarında yanma üçün hava bilavasitə binanın
xaricindən havakəmərləri vasitəsi ilə götürülməlidir.
6.88. Kanal və havakəmərlərinin xarici səthində su buxarının kondensasiyası baş verməməlidir.
Bacaların və tüstü xaricedicilərin konstruksiyası, istilik generatorunun daimi işlədiyi vaxtlarda, daxili
səthlərdə kondensatın yaranmasına yol verməməlidir.
6.89. Hər mərtəbədə tüstü bacasına yalnız bir istilik generatoru birləşdirilə bilər. Baca şaquli
istiqamətdə olmalı və daralmaları olmamalıdır. Bacaların yaşayış otaqlarından keçirilməsinə yol
verilmir.
6.90. Tüstü bacaları və tüstü xaricedicilər hamar və qaz kipliyinə görə П sinfinə
aid
konstruksiya və materiallardan hazırlanmalıdır, germetikliyini və möhkəmliyini itirmədən mexaniki
yüklənmələrə, temperatur təsirlərinə, tüstü qazlarının və kondensatın korroziya təsirlərinə qarşı
müqavimət qabiliyyətinə malik olmalıdır.
6.91. İstilik generatoru olan otaqların ventilyasiya sistemi normativ havadəyişmə mislini təmin
etməli və otağın daxilində istilik generasiya qurğularından tüstü qazlarının xaric edilməsinə maneə
olan seyrəkliyin yaranmasına yol verməməlidir.
6.92. İstilik generatoru otaqda yerləşdirildikdə, qazın havada olan qatılığı təhlükəli həddə - təbii
qazın alovunun yayılma həddinin aşağı qatılığının (bundan sonra - AYHAQ) 10 %-indən yuxarı
həddə çatdıqda qazın verilməsini avtomatik dayandıran qaz nəzarət sistemi nəzərdə tutulmalıdır.