3. Əsas anlayışlar Bu normalarda aşağıdakı əsas anlayışlardan istifadə olunur:
aralıq boşluğu -sobanın və ya tüstü kanalının (borusunun) xarici səthindən yanan və ya çətin
yanan materiallardan olan, alovlanmaya qarşı mühafizə edilmiş və ya edilməmiş divar və ya
arakəsməyə qədər olan məsafə;
aşkar izafi istilik - xarici havanın hesabi parametrlərində otağa daxil və xaric olan istilik
axınlarının fərqi (avadanlıq, boru kəmərləri və günəş radiasiyasından istilik daxilolmaların
azaldılması üzrə texnoloji və tikinti tədbirlərinin həyata keçirilməsindən sonra);
birbaşa buxarlanma soyudulması - havanın resirkulyasiya edilən su ilə soyudulması;
disbalans - mexaniki ventilyasiya, havanın kondisiyalaşdırılması və hava ilə isitmə sistemləri
ilə otağa (binaya) vurulan və oradan xaric edilən hava sərfləri arasındakı fərq;
dolayı buxarlanma soyudulması - səthli istilik mübadiləedicilərdə birbaşa buxarlanma
soyudulması ilə soyudulmuş su vasitəsilə havanın soyudulması;
ehtiyat ventilyasiya sistemi (ehtiyat ventilyatoru) - əsas sistemlərdən biri sıradan çıxdıqda
avtomatik qoşulan və əsas sistemlərə əlavə kimi nəzərdə tutulmuş sistem (ventilyator);
hava bağlayıcısı -tüstünün (yanma məhsullarının) istiqamətini 180
0
dəyişən və yanğın zamanı
tüstünün aşağı mərtəbələrdən yuxarı mərtəbələrə keçməsinə maneə edən şaquli havakəmərinin
hissəsi;
havanın kondisiyalaşdırılması - insanların əhvalı, texnoloji prosesin aparılması, mədəni
sərvətlərin qorunub saxlanması üçün başlıca olaraq ən əlverişli optimal meteoroloji şəraitin təmin
edilməsi məqsədilə bağlı otaqlardakı havanın bütün və ya ayrı-ayrı parametrlərinin (temperaturun,
nisbi rütübətliyinin, təmizliyin, hərəkət sürətinin) avtomatik tənzimlənməsi. Havanın
kondisiyalaşdırılması orta təminatsızlığa görə aşağıdakı siniflərə bölünür:
birinci – sutkaboyu işlədikdə orta hesabla 100 saat/il və ya gündüz vaxtlarında birnövbəli
işlədikdə 70 saat/il;
ikinci – sutkaboyu işlədikdə orta hesabla 250 saat/il və ya gündüz vaxtlarında birnövbəli
işlədikdə 175 saat/il
üçüncü – sutkaboyu işlədikdə orta hesabla 450 saat/il və ya gündüz vaxtlarında birnövbəli
işlədikdə 315 saat/il;