Строительные нормы и правила


təbii havalandırılması olmayan otaq



Yüklə 1,4 Mb.
Pdf görüntüsü
səhifə5/64
tarix20.10.2022
ölçüsü1,4 Mb.
#65620
1   2   3   4   5   6   7   8   9   ...   64
isitme-ventilyasiya-havanin-kondisiyalasdirilmasi-layihelendirme-normalari

təbii havalandırılması olmayan otaq - xarici divarlarında açılan pəncərələri və ya boşluqları 
olmayan otaq və ya otağın hündürlüyündən beşqat çox məsafədə yerləşən açılan pəncərələri 
(boşluqları) olan otaq; 
təbii işıqlanması olmayan otaq - xarici qoruyucu konstruksiyalarında pəncərələri və ya 
boşluqları olmayan otaq
tranzit havakəməri - xidmət etdiyi otaqdan və ya otaqlar qrupundan kənarda çəkilmiş 
havakəmərinin hissəsi. 
tüstü klapanı - odadavamlılıq həddi normalaşdırılan və yanğın zamanı açılan klapan; 
tüstü qəbuledici qurğu - havakəmərində (kanalda, şaxtada) olan, üzərində və ya 
havakəmərində yanğın zamanı açılan klapanın quraşdırıldığı deşik; 
tüstü rezervuarı - perimetr boyunca tavandan (örtükdən) asılan və döşəmədən 2,5 m və daha 
çox səviyyəyə qədər endirilə bilən yanmayan materialdan olan pərdələrlə əhatə olunmuş tüstü zonası; 
tüstü zonası - yanğının başlanğıc mərhələsində insanların yanan sahədən təxliyyə edilməsini 
təmin edən sərflə tüstü qarışığı xaric edilən və ümumi sahəsi 1600 m
2
-dən çox olmayan sahənin bir 
hissəsidir; 
ventilyasiya - sutkaboyu işlədikdə orta təminatsızlığı 400 saat/il, gündüz vaxtlarında birnövbəli 
işlədikdə isə orta təminatsızlığı 300 saat/il olan, xidmət edilən və ya işçi zonada yolverilən 
meteoroloji şəraiti və havanın təmizliyini təmin etmək məqsədilə otaqlardan izafi istiliyi, nəmliyi, 
zərərli maddələri xaric etmək üçün havanın dəyişməsi
yanğın təhlükəli qarışıq - yanar qazların, buxarların, tozların, aerozolların və liflərin hava ilə 
elə qarışığıdır ki, onlar yanarkən 5 kPa-dan yuxarı təzyiq yaranmır. Qarışığın yanğın təhlükəliliyi 
layihələ tapşırığında göstərilməlidir; 
yerli sorma - zərərli və partlayış təhlükəli qazları, buxarları, tozları və aerozolları yarandıqları 
yerlərin yanından (dəzgah, aparat, vanna, iş stolu, kamera, şkaf ) tutulması üçün texnoloji avadanlığın 
tərkib hissəsi olan və yerli sorma sisteminin havakəmərlərinə birləşdirilən qurğu (zont, yan sorucu
sorucu şkaf, havaqəbuledici-örtük); 

Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin