87
Qeyri-maddi aktivlər balansın “Qeyri-maddi” hesabında ilkin dəyəri ilə uçota alınır. Bu
dəyərlər qeyri-maddi aktivlərin obyektləri üzrə aşağıdakı kimi müəyyən edilir:
- təsisçilər tərəfindən müəssisəyə nizamnamə kapitalı kimi qoyulan qeyri-maddi aktivlər üçün
tərəflərin razılığına əsasən;
- digər müəssisə və fiziki şəxslərdən pulla alınan qeyri-maddi aktivlərin maddi aktivlərin əldə
edilməsi və istifadəyə yararlı vəziyyətə gətirilməsi üzrə faktiki məsrəflərdən asılı olaraq;
- digər hüquqi və fiziki şəxslərdən əvəzsiz alınmış qeyri-maddi aktivlər üçün müəssisənin
daimi fəaliyyətdə olan qiymətlər kommissiyasının müəyyən etdiyi dəyərlə.
Bütün bunlar lazimi sənədləşmə əsasında həyata keçirilir. Qeyri-maddi aktivlər təsisçilər
tərəfindən nizamnamə kapitalına pay kimi qoyulduqda 04 saylı “Qeyri-maddi aktivlər” hesabının
debetində, “Təsisçilərlə hesablaşma” hesabının kreditində əks etdirir. Digər hüquqi və fiziki
şəxslərdən pulla əldə edilmiş qeyri-maddi aktivlər 101 saylı hesabın debetində, 103 saylı “Kapital
qoyuluşu” hesabının kreditində öz əksini tapır. Maddi yardım kimi mədaxil olunan qeyri-maddi
aktivlər 101 saylı hesabın debetində, 335 saylı “Əlavə qoyuluşu” hesabının kreditində öz əksini
tapır. Qeyri-maddi aktivlərin auditi keçirilərkən aşağıdakı sahələr üzrə yoxlama aparılır:
- Qeyri-maddi aktivlərin mövcud vəziyyəti, saxlanması və mühafizəsi;
- Qeyri-maddi aktivlərin daxil olması zamanı sənədlərin düzgün və qanuni rəsmiləşdirilməsi;
- Düzgün amortizasiya ayırmaları normalarının hesablanması;
- Onların istehsal xərclərinə düzgün və vaxtında daxil edilməsi;
- Onların daxil olmasının, uçotdan çıxarılmasının və silinməsinin mühasibat uçotunda düzgün
əks etdirilməsi.
Qeyri-maddi aktivlərin uçotu üzrə əməliyyatların düzgün və vaxtında yerinə yetirilməsi,
həmin aktivlərin mədaxili və məxarici ilkin sənədlərdə öz əksini tapmalıdır. Bundan başqa,
müəssisə tərəfindən qeyri-maddi aktivlərin analitik və sintetik uçotu aparılmalıdır. Audit zamanı
qeyri-maddi aktivlərin analitik və sintetik uçotunun uyğunluğu yoxlanılmalıdır. Analitik uçotla
sintetik uçot arasında fərq yaranarsa, onun məqsədi və səbəbi aydınlaşdırılmalı və bu haqda
rəhbərliyə məlumat verilməlidir. Respublikamızda fəaliyyət göstərən təsərrüfat subyektlərində
həyata keçirilən uçot siyasəti, beynəlxalq mühasibat uçotu standartlarına keçid uçotun operativ
təşkilinə və onun təkmilləşdirilməsinə zəruri şərait yaratmışdır. Uçot siyasəti hüquqi baxımdan
“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu və Maliyyə Nazirliyi tərəfindən
təsdiq olunmuş “Müəssisələrdə uçot siyasəti haqqında” əsasnamə ilə tənzimlənir. Qeyri-maddi
aktivlərin uçotu üçün onların müxtəlifliyini nəzərə alaraq, həmin aktivləri tərkibinə və mahiyyətinə
görə təkmilləşdirmək mühüm əhəmiyyət kəsb edir. Qeyri-maddi aktivlərin analitik və sintetik
uçotunun müasir hesablama texnikasının tətbiqi ilə təşkili və həyata keçirilməsi əmək tutumunu
azaltmağa, vaxta qənaət etməyə və nəzarətin keyfiyyətini yüksəltməyə imkan verir. Qeyri-maddi
aktivlərin uçotunun əsas xüsusiyyəti ondan ibarətdir ki, həmin aktivlərin verilməsi və ya silinməsi
zamanı baş verən əməliyyatların maliyyə nəticələri müəyyən olunur və sonradan ya mənfəətə, ya da
zərərə aid edilir [3].
Dostları ilə paylaş: