Cədvəl 3.1
Atmosfer havasının keyfiyyəti
65
2011
2012
2013 2014
2015
Şə hə rlə r üzrə azot dioksidin (NO
2
) orta
illik kosentrasiyası, mkq/m
3
Bakı
90
70
70
50
60
Gəncə
30
30
40
30
30
Sumqayıt
90
80
90
90
80
Mingəçevir
30
30
40
30
30
Şə
ki
30
30
40
40
40
Ş
irvan
60
50
50
60
60
Naxçıvan
30
30
30
30
30
Şə hə rlə r üzrə kükürd anhidridin (SO
2
)
orta illik kosentrasiyası, mkq/m
3
Bakı
14
16
14
11
11
Gəncə
38
37
39
40
38
Sumqayıt
23
25
24
28
25
Mingəçevir
15
14
13
15
15
Şə
ki
30
30
35
36
36
Ş
irvan
46
46
48
47
48
Naxçıvan
51
53
42
46
49
Mənbə: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
Torpağa hopmuş zərərli elementlər bitki və heyvanlar vasitəsilə ümumi bioloji
dövran prosesinə qoşulmuş olurlar və beləliklə, torpağı çirkləndirən kənd təsərrüfatı
və sənayetullantıları içərisində olan bir çox kimyəvi maddələr canlılar üçün çox
böyük təhlükə yaradır. Bu maddələrə misal olaraq, sink, qurğuşun, manqan, dəmir,
mərgümüş, civə və s. göstərmək olar. Məhz bu maddələr neft istehsalı prosesləri
nəticəsində tullantı şəklində torpağa düşür. Bu gün hal-hazırda Abşeronda minlərlə
istismar quyuları dayanmış, böyük torpaq sahələri neft mənşəli tullantılarla
çirklənmişdir. Bir çox yerdə neftli horizantları su basmışdır. Bu tullantılardan
rekultivasiyaya ehtiyacı оlan tоrpaqlar güclü çirklənmə nəticəsində təkcə neft
66
rayonlarını deyil, ətraf qəsəbələrdə də yayılmışdır. Bu da Bakı şəhərinin ətrafının
yaşıllaşdırılmasına və abadlaşdırılmasına xeyli maneçilik törədir. Bu vəziyyət təkcə
Abşeron yarımadası və Bakı ətrafında yaşayış məntəqələrində atmosferin uçan neft
hissəcikləri ilə çirklənməsinə səbəb olmamış, həm də kiçik gölməçə və suların üst
qatında gözlə görünəcək nazik neft təbəqəsinin əmələ gəlməsi ilə nəticələnmişdir.
Təsəvvür edin ki, Abşerоn yarımadasında21,3 min hektarmüxtəlif dərəcədə
neftlə çirklənmiş tоrpaq sahəsi vardır. Bu onu göstərir ki, çirklənmiş tоrpaqlar geniş
sahədə Abşerоn yarımadasında yayılmışdır. Neftlə çirklənmiş torpaq sahəsinin 10,1
min ha-ıçirklənmiş lay sularıdır ki, onun da neft axıdılmış sahələri 8 min ha-ı əhatə
edir, qalanı isə su hövzəsidir. Bu çirklənmiş torpaq sahələri yarımadanın qərbindən
dar zоlaq şəkilində Pirallahı adasınaqədər uzanır. Bu ərazidə yerləşən neft
yataqlarının uzun müddətli istismarı ətraf aləmdə və təbii landşaftda dərin texnogen
dəyişikliklər yaratmışdır. Mühitdə olan böyük dəyişiklikləri vəb torpaqda gedən
texnogen çirklənmənin dərinliyini dərk etmək və elmi təsəvvür əldə etmək üçün
çirklənmənin xassələrindən başqa həm də neft çıxarılmasından istifadəsinə qədər
keçdiyi texnoloji sxemə nəzər salmaq lazımdır. Bu aşağıdakı mərhələlərdən ibarətdir:
• qazma, neft quyusu üzərində nəzarət, оnun anbarlardan çənlərə yığılması
(Abşerоnda magistral neft bоruları, açıq gölməçələr və qapalı çənlər);
• neftayırma zavоdlarına nəql edilməsi; qurğuların təmiri;
• neftin tankerlərlə daşınması; neft məhsullarından istifadə оlunması.
link
Aydın məsələdir ki, bu mərhələlərin hər birində itkiyə yol verilir. Amma,
müəyyən olunmuşdur ki, torpağın çirklənməsi və ən çox itki məhz birinci mərhələdə
olur. Neft quyularının qazılması, təmiri və dərinləşdirilməsi prosesində buruqdan
qazılıb çıxarılmış süxurlar quyu ətrafı sahələrin çirklənməsinə səbəb olur. Əslində, bu
sahələr həm təmir işi, həm də qazma aparılarkən mütləq çirklənməyə məruz qalır.
Beləki, texnoloji proseslərdə əmələ gəln tullantılar gölməçələrə və ya təbii çalalara
yığılaraq saxlanılır. Bu da öz növbəsində neftin torpağın daha dərin qatlarına
hopmasına şərait yaradır. Buruq süxurlarının bu cür toplanmasının daha bir səbəbi
İ
kinci Dünya müharibəsi (1939-1945-ci illər) dövründə çıxarılmış xam neftin həm
67
nəql edilməsi, həm də saxlanılması müharibə dövründə çətin olduğuna görə
çıxarılmış neft çox böyük torpaq-qrunt bəndli gölməçələrdə saxlanılırdı. Müharibə
dövründə həm xam neftin durulması və çökdürülməsi, həm də neftin saxlanması üçün
bu bəndlər iri həcmli çən rolunu oynamışlar. Bu cür anbarlar Binəqədi, Suraxanı,
Ə
zizbəyоv, Qaraçuxurneft mədəni sahələrində geniş yayılmışlar ki, həmin çalalar
neft hopmuş müxtəlif qranulometrik tərkibli çöküntülərlə dolmuşlar. Neft çıxarmada
istifadə olunan bu üsullar yuxarıda adları çəkdiyimiz mədənlərdə dərinlik buruq
süxurlarından ibarət krater, kasa və səthi hamarlanmış yüksəkliklər şəklində
bənzərsiz texnogen landşaft kompleks yaranmışdır. Onu da qeyd edək ki, bu
kompleks buruq süxurlarının əksinə çevrilmişdir. Özü təbiət törəməsi olan neft çox
təhlükəli maddə olaraq, torpağa töküldüyü zaman canlıları məhv edir, torpaq öz
məhsuldarlığını itirir, yeraltı və yerüstü sular çirklənir və tamamilə yarasız hala
düşür. Yer səthinə çıxarılan neft biokimyəvi çevrilmələr nəticəsində anaerob
şə
raitdən aerob şəraitə düşür ki, həmin şəraitdə də neft həm abiotik, həm də
biokimyəvi faktorların, xüsusilə də torpaqdakı mikroorqanizmlərin təsirinə məruz
qalaraq, oksidləşmə prosesinə uğrayır. Neftin oksidləşməsi nəticəsində ayrı-ayrı
birləşmələr əmələ gəlir. Beləliklə, neftin tərkibindəki karbohidrogenlər oksidləşmə
zamanı əsas oksidləşdirici olan molekulyar oksigenlə reaksiyaya girir. Reaksiyanın
son məhsulları olan karbon qazı (CO
2
) və su (H
2
O) əmələ gəlir. Abşeron ərazisinin
torpaqlarında mövcud olan mikroorqanizmlər fermentlər ifraz edir ki, həmin
fermentlər oksidləşmə prosesinə katolitik təsir edir, bu da prosesi sürətləndirir.
Mingəçevir şəhəri üzrə il ərzində atmosferə atılan zərərli maddələrin 80%-i
məhz Azərbaycanın bu böyük sənaye şəhərində yerləşən DRES-in payına düşür.
Çünki, enerji sənayesinin əsas təchizatçısı (Azərb. DRES) Azərbaycan Dövlət Rayon
Elektrik Stansiyasıdır. Ekoloji çirklənmənin, daha doğrusu hava çirklənməsinin
qarşısını almaq üçün stansiya istehsal prosesində təbii qazdan geniş istifadə mümkün
olmadıqda az kükürdlü mazutdan istifadə təklif edilmişdir. Beləki, təkiliflə əlaqədar
1991-ci ildə təbii qazdan istifadə 2-3 dəfə artsa da stansiyada eyni zamanda az
kükürdlü mazutdan da istifadə edilmişdir. Həmçinin, stansiya 1992-ci ildən
68
istismarda olan TQMP-344 ASO markalı qazan qurğularında yanacaq kimi həm təbii
qaz, həm də mazutdan istifadə edilir. Hər şeyi daha aydın təsəvvür etmək üçün hər
birinin nominal məhsuldarlığı saatda min ton olan 8 qazan qurğuların stansiyada
yanacaq məqsədi ilə təbii qaz və mazutdan istifadə etdiyini vurğulamaq vacibdir və
bu yanma zamanı alınan zərərli maddələr stansiyada quraşdırılmış hər birinin
hündürlüyü 330 m olan iki ədəd tüstü borusu ilə havaya atılır. Ərtaf ərazidə yaşayış
şə
raitini çətin vəziyyətə salan bu tullantı ekoloji baxımdan çox böyük mənfi təsir
gücünə malikdir.
Ümumilikdə, enerji istehsalı ilə yanaşı, ölkədə ekoloji sistemə vurulan zərərin
həcminə görə fərqlənən digər sənaye sahələri cədvəl 3.2-də öz əksini tapmışdır.
Dostları ilə paylaş: |