Azərbaycan Respublikası Prezidentinin Fərmanı



Yüklə 1,52 Mb.
Pdf görüntüsü
səhifə22/233
tarix25.10.2022
ölçüsü1,52 Mb.
#66208
1   ...   18   19   20   21   22   23   24   25   ...   233
 
38
j) əmək intizamının təmin edilməsi. 
Maddə 39. Kollektiv sazişin qüvvəsi 
1. Kollektiv saziş bir ildən üç ilədək müddətə bağlanıla bilər. 


2. Kollektiv saziş imzalandığı və ya sazişdə göstərilən gündən qüvvəyə minir. 
Maddə 40. Kollektiv sazişə əlavələr və dəyişikliklər edilməsi qaydası 
1. Kollektiv sazişə əlavələr və dəyişikliklər edilməsi tərəflərin qarşılıqlı razılığı 
əsasında kollektiv sazişdə müəyyən edilmiş qaydada aparılır. Əgər belə qayda 
müəyyən olunmayıbsa, əlavələr və dəyişikliklər kollektiv sazişin bağlanması üçün bu 
Məcəllədə nəzərdə tutulmuş qaydada edilir. 
2. Ayrı-ayrı peşə qruplarını əhatə edən müəssisələrin işəgötürənlərinin və ya 
onların birliklərinin və müvafiq həmkarlar ittifaqları birliyinin sahə (tarif) sazişinə 
qoşulması barədə müraciətləri əsasında, həmin sazişin tərəfləri ona müvafiq 
dəyişikliklər edə bilərlər. 
Maddə 41. Kollektiv sazişin yerinə yetirilməsinə nəzarət 
1. Kollektiv sazişin yerinə yetirilməsinə nəzarəti tərəflər və müvafiq icra 
hakimiyyəti orqanı həyata keçirir. 
2. Nəzarəti həyata keçirən səlahiyyətli şəxslərə bütün zəruri məlumatlar təqdim 
edilməlidir. 
III bölmə 
 
Əmək müqaviləsi 
 
Yeddinci fəsil 
 
Əmək müqaviləsinin bağlanması əsasları və qaydası 
 
 
Maddə 42. Əmək müqaviləsinin tərəfləri 
1. Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya 
yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.
39
 
2. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. 
3. On beş yaşına çatmış hər bir şəxs işçi kimi əmək müqaviləsinin tərəfi ola bilər. 
Qanunvericiliklə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan şəxs hesab 
edilmiş şəxslə əmək müqaviləsi bağlanıla bilməz. 
4. Tam fəaliyyət qabiliyyəti olmayan şəxs işəgötürən ola bilməz. 

Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   233




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin