“Pedaqoji eksperiment və onun nəticələri” adlı III fəsil iki
yarımfəsildən ibarətdir. “Pedaqoji eksperimentin məqsəd və
vəzifələri, təşkili və keçirilmə metodikası” adlanan birinci yarım-
fəsildə eksperimentin mərhələlərinin xarakteri açılır. Pedaqoji
13
eksperment üç mərhələdə həyata keçirilmişdir: təsbitedici, axtarıcı və
öyrədici eksperimentlər. Hər mərhələniin məqsədi və vəzifələri
müəyyənləşdirilmişdir.
Pedaqoji eksperimentdə VI siniflər üzrə 145, VII siniflər üzrə
148, VIII siniflər üzrə 144 və IX siniflər üzrə 157 olmaqla cəmi 594
şagird iştirak etmişdir.
2013/2014-cü tədris ilində məktəblərdə təsbitedici eksperiment
qoyulmuşdur. Bu mərhələnin məqsədindən irəli gələn vəzifələri
həyata keçirərək VI-IX siniflərdə fizika dərslikləri və müəllimlər
üçün metodik vəsaitlər fənnin məzmun standartlarının
reallaşdırılması və təlim prosesinə sinergetik yanaşılaması baxımın-
dan analiz olunmuş, fənn müəllimlərinin dərslərində iştirak edilmiş,
dərs prosesində müəllim və şagirdlərin fəaliyyətləri müşahidə
olunmuşdur.
VI-IX siniflərdə fizika kursunun quruluş, məzmun və tədrisinin
müasir vəziyyətini tədqiq etdikdə məlum oldu ki, mövzuların bir
çoxunda fəndaxili və fənlərarası inteqrasiyadan lazımi dərəcədə
istifadə olunmadığından, həmin mövzuların əsasları haqqında sinifdə
sorğu apardıqda şagirdlər keçmişdə qazanılan bilikləri xatırlamaqda
çətinlik çəkirlər. Şagirdlər ilə aparılmış söhbətlərdən də aydın oldu
ki, onlar yeni mövzunun “Maraqoyatma” və “Məlumat mübadiləsi və
müzakirəsi” mərhələlərində bir-neçə il əvvəl fizikadan, yaxud da
digər fənlərdən qazanılan bilikləri xatırlaya bilmədiklərindən dərsin
həmin mərhələlərində aktiv iştirak edə bilmir, yeni biliyin qazanıl-
masında və onu praktikaya tətbiqində çətinlik çəkirlər. Odur ki,
tədqiqatın məqsədinə tam nail olmaq üçün dərslikdəki mövzuların
başlanğıcına xatırlayıcı əlavə blokun yerləşdirilməsi zərurəti
yarandığı aşkar edildi.
VI-IX siniflərdə təlim prosesində sinergizmin tətbiqi məqsədilə
şagirdlərlə frontal sorğu keçirildi. Daha sonra fənn müəllimlərinin
VI-IX siniflərdə müxtəlif mövzular üzrə aparılan dərslərdə iştirak
edib fənn müəllimlərinin və şagirdlərin fəaliy-yətləri üzərində
müşahidələr aparılmış, dərslərin müzakirəsini təşkil etmiş,
müəllimlər ilə tədqiqat probleminə dair söhbətlər aparılmız, onların
məsləhətlərini dinləmiş, lazımi tövsiyələr verilmişdir.
14
Tədris ilinin birinci yarısının sonunda VI-IX siniflərdə şagird-
lərin siniflər üzrə məzmun standartlarına uyğun ümumi təlim
nəticələrini fiziki savadlılıq baxımından yoxlamaq məqsədi ilə hər
birində 10 test olmaqla yoxlama işi aparılmışdır (yoxlama işindən bir
nümunə “Əlavə 2”də verilmişdir). Siniflər üzrə keçirilən bu yoxlama
işlərinin nəticələri cədvəl 1-də göstərilmişdir.
2014/2015-cü tədris ilində axtarıcı eksperment aparılmışdır. Bu
mərhələdə öyrənilən mövzulara dair şagirdlərin bilik və
bacarıqlarının keyfiyyəti tədqiq edilmişdir. Tədqiqatçının tövsiyəsinə
əsasən pedaqoji eksperimentin keçirildiyi məktəblərin VI-IX
siniflərində fizika müəllimləri şagirdlərinin əvvəlki illərdə fizika və
digər təbiət fənlərindən qazanılan biliklərdən yeni biliklərin və
bacarıdıqların əldə edilməsində, dərsin müxtəlif mərhələlərində və
qazanılan yeni bilikləri praktikaya tətbiq edə bilmə fəaliyyətlərinə
diqqət yetirilmiş, lazımi qeydlər aparılmışdır. Bu qeydlər əsasında
tədris ilinin sonunda ümumiləşdirmələr aparılmışdır.
Axtarıcı eksperiment mərhələsinin sonunda belə bir nəticəyə
gəldik ki, öyrədici eksperiment mərhələsində VI-IX siniflərdə fizika
təlimində sinergizmin təmin olunması məqsədilə bütün
eksperimental siniflərdə fizikanın quruluş və məzmununun təlimin
7E modeli əsasında verilməsi məqsədəuyğundur. Bu zaman hər dərs
sistemli fəndaxili və ya fənlərarası inteqrasiyasının yaradılmasısına
imkan verən “Xatırlama (və ya yada sal)” mərhələsi ilə başlamalı,
daha sonra “Maraqoyatma”, “Araşdırma”, yeni bilik verən “Məlumat
mübadiləsi və müzakirəsi”, “Dərinləşdirmə”, “Tətbiqetmə” və “Nə
öyrəndiniz” kimi ardıcıl mərhələlərdən təşkil olunması
məqsədəuyğundur.
Dərsin “Tətbiqetmə” mərhələsinin isə özünün 3 hissədən –
“Sərbəst tədqiqat işi” (burada ya sadə məktəb eksperimentinin icrası,
yaxud da müxtəlif xarakterli məsələlərin həlli nəzərdə tutulur);
“Həyatla əlaqələndirmə” hissəsi – burada qazanılan bilik elm, məişət
və istehsalat məzmunlu məsələlərin həllinə tətbiqi həyata keçirilir;
“Özünüzü qiymətləndirin” hissəsində isə şagirdlərə mövzuya uyğun
fiziki savadlılıqlarını nümayiş etdirmək və verilən biliyi nə dərəcədə
qazanmalarını müstəqil qiymətləndirmələri həyata keçirilir.
|