AZƏRBAYCAN RESPUBLİKASI
Əlyazması hüququnda
ÜMUMTƏHSİLİN VI-IX SİNİFLƏRİNDƏ FİZİKANIN
TƏDRİSİNDƏ SİNERGETİK YANAŞMADAN İSTİFADƏNİN
ELMİ ƏSASLARI
İxtisas:
5801.01- Təlim və tərbiyənin nəzəriyyəsi və
metodikası (fizikanın tədrisi metodikası)
Elmi sahə: Pedaqogika
İddiaçı:
Romik Adil oğlu Tağıyev
Fəlsəfə doktoru elmi dərəcəsi
almaq üçün təqdim edilmiş dissertasiyanın
A V T O R E F E R A T I
Bakı – 2022
2
Dissertasiya işi Azərbaycan Dövlət Pedaqoji Universitetinin
Fizikanın tədrisi texnologiyası kafedrasında yerinə yetirilmişdir.
Elmi rəhbərlər: fizika-riyaziyyat üzrə elmlər doktoru, professor
Mirzəli İsmayıl oğlu Murquzov
pedaqogika üzrə fəlsəfə doktoru, dosent
Rasim Rəşid oğlu Abdurazaqov
Rəsmi opponentlər: fizika-riyaziyyat elmləri doktoru, professor
Həmzə Səməd oğlu Seyidli
pedaqogika üzrə elmlər doktoru, dosent
Naxçıvan Yusub oğlu Səfərov
pedaqogika üzrə fəlsəfə doktoru, dosent
Mehman Mövsüm oğlu Abduləzizov
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya
Komissiyasının Azərbaycan Dövlət Pedaqoji Universitetinin
nəzdində fəaliyyət göstərən FD 2.15 Dissertasiya şurası
3
TƏDQİQATIN ÜMUMİ SƏCİYYƏSİ
Mövzunun aktuallığı. Ümumtəhsil məktəblərinin VI-IX
siniflərində fizikanın təlimi prosesi mürəkkəb sistemdir. Bu sistemə
bir-biri ilə bağlı olan çox sayda müxtəlif məsələlərin təlimi daxildir.
Deyilən təlim sistemi fizikanı mərhələlər və mərhələdaxili element-
lərin əlaqələri əsasında öyrənməyi nəzərdə tutur. Sistemlərin onları
təşkil edən elementlərin xassələri əsasında deyil, elementlərarası
əlaqələr əsasında öyrənilməsi sinergetikliyin əsas göstəricisidir.
Ümumtəhsil məktəblərinin VI-IX siniflərində fizikanın təlimi
sistemi bir-biri ilə əlaqəli təlim mərhələlərinin zəruri (razılaşdırılmış)
ardıcıllıqla yerinə yetirilməsini nəzərdə tutur. Yəni bu sistemlə təlim
sinergetikanın Haken tərifinin tələblərinə çox yaxındır
1
. Fizikanın bu
sistemlə təlimində təlim materialları ətrafda xaos şəklində olan in-
formasiyadan seçilir. Burada “xaos”dan nizam yaranması görünür.
Təlim sistemi təşkil olunarkən, yəni onun təkamülündə hər hansı
mərhələ yaranır, mərhələ müəyyən informasiyanın təlimi təklifidir.
Bu təklif ətrafdakı informasiya mühitindəki tələblə tarazlaşır və
həyata keçirilir, “yaşayır”. Həmin mərhələnin yaranması, sonra isə
həyata keçirilməsi, “yaşaması” “xaos”dan nizam yaranması demək-
dir. Bu izah Priqojində xaos-nizam münasibətinin izahına uyğundur
2
.
Yuxarıdakı izahlarla ümumtəhsil məktəblərinin VI-IX sinif-
lərində fizikanın təlimi prosesinin sistem (ideal, nəzəri) olduğunu və
bu sistemdə sinergetika əlamətlərinin olduğunu əsaslandırdıq. Bəs
həmin sistemdə sinergetika əlamətlərinin olması hansı səmərə verə
bilər? Sualın cavabını tapmaq üçün sinergetika ilə bağlı elmi-pe-
daqoji ədəbiyyatı araşdırdıq.
Qazaxıstan alimi Mukuşev B.А. sinergetikanın aşağıdakı
pedaqoji funksiyalarını müəyyənləşdirmişdir:
1) sinergetika pedaqoji prosesin dərk edilməsi və idarəedilməsi
metodu kimi;
2) sinergetika təlim məqsədi kimi;
1
Xaкен Г. Синергетика: иерархии неустойчивостей в самоорганизующихся
системах и устройствах. М.:Мир, 1985, 424 с.
2
Пригожин И., Стенгерс И. Порядок из хаоса: Новый диалог человека с
природой: Пер. с англ. М.: Прогресс, 1986, 432с.
4
3) sinergetika fənlərin inteqrasiyası vasitəsi kimi;
4) sinergetika təhsilin modernləşdirilməsi metodologiyası kimi.
Azərbaycan alimi N.Y.Səfərov sinergizmi təlimdə inkişaf
zəmanəti, rus alimi N.N.Moiseev isə sinergizmi inkişaf alqoritmi
hesab edir.
Azərbaycan alimləri Ə.F.Abbasov, T.B.Allahyarova, M.İ.Mur-
quzov, F.M.Qurbanov və xarici ölkə alimləri V.Q.Budanov,
S.P.Kurdyumov, Y.N.Knyazeva, V.Q.Vinenko, A.D.Suxanov,
V.M.Kureyçik, V.İ.Pisarenko, V.A.İqnatova, İ.S.Yakimanskaya,
V.M.Rozin pedaqoji prosesə sinergetik yanaşmanın zəruriliyinə dair
əsaslandırılmış ideya və təkliflər vermişlər.
Təhlil edilmiş elmi-pedaqoji ədəbiyyatda sinergetikanın fəlsəfi
mahiyyəti, prinsipləri, pedaqoji funksiyaları araşdırılmış, pedaqoji
prosesə sinergetik yanaşmanın zəruriliyi əsaslandırılmışdır. Lakin bu
işlərdə sinergetika ideyalarının ümumtəhsil məktəblərində fizikanın
təlimində istifadəsi ilə bağlı aşağıdakı problemlər araşdırılmamışdır:
1. Təlimdə sinergetika ideyalarını istifadə etmək üçün təlim
prosesində hansı şərtlər (sinergizm şərtləri) ödənməlidir?
2. Sinergizm istifadə edildikdə təlimdə inkişafın (qazanc bilik
əldə etməyin) təxmini mexanizmi necədir?
3. Ümumtəhsil məktəblərinin VI-IX sinif fizika dərsliklərinə
daxil edilən təlim materialları həmin sinergizm şərtlərini nə dərəcədə
ödəyir?
4. VI-IX sinif fizika materiallarının təlimində hansı sinergizm
halları müşahidə olunur?
Bir tərəfdə, ümumtəhsil məktəblərində fizikanın təlimində
sinergetik yanaşmanın zəruriliyi, digər tərəfdə, fizikanın təlimində
sinergetik yanaşmanın imkan və yollarının araşdırılmaması ziddiyət
təşkil edir.
Ortaya çıxarılan ziddiyətin həllinin vacibliyi və təhlil edilən
elmi-pedaqoji ədəbiyyatda onun həllinin aşkarlanmaması tədqiqatın
aktuallığını şərtləndirmiş və onun mövzusunun “Ümumtəhsilin VI-
IX siniflərində fizikanın tədrisində sinergetik yanaşmadan istifadənin
elmi əsasları” kimi seçilməsinə imkan vermişdir.
Problemə respublikamızda təhsilin inkişafı baxımından ya-
naşsaq təlimə sinergetik yanaşma probleminin aktuallığı daha bir
5
neçə amillə şərtlənir. Bunlar:
a) təhsil prosesinin bütün mərhələlərində qapalı inzibati amirlik
ideologiyasından imtina edilərək, açıq, demokratık sistemə
keçilməsi;
b) pedaqoji fəaliyyətin quruluş və məzmununun dünya təhsil
sisteminə uyğunlaşdırılması;
c) təlim sistemində milli mənəvi və mədəni ənənələrin nəzərə
alınması,
d) elmin və mədəniyyətin müasir səviyyəsinin formalaşmasının
elmi əsaslarının öyrənilmə metodikasının işlənməsi zərurəti;
e) təlim prosesinin sinergetik metodologiyaya malik olmasının
əsaslı olması amillərindən ibarətdir.
Dostları ilə paylaş: |