ÜmumtəHSİLİn VI-IX siNİFLƏRİNDƏ FİZİkanin


VI-IX sinif fizika materiallarnin təlimində sinergetik



Yüklə 0,83 Mb.
Pdf görüntüsü
səhifə6/10
tarix29.10.2022
ölçüsü0,83 Mb.
#66762
1   2   3   4   5   6   7   8   9   10
Avtoreferat Az-imza

VI-IX sinif fizika materiallarnin təlimində sinergetik 
yanaşmanin istifadəsi və onun təlim nəticələrinə təsiri” adlı II 
fəsil üç
yarımfəsildən ibarətdir. “Təlimdə sinergizm şərtləri və 
fizikanın təlimində sinergizm halları
adlanan birinci yarımfəsildə 
təlim prosesində sinergizmin həyata keçirilməsi üçün zəruri olan 
tələblər müəyyənləşdirilir və onlar “sinergizm şərtləri” adlandırılır, 
bunlar aşağıdakılardır: 
a) eyni məqsədə xidmət edən iki və daha çox bilik mənbəyi 
mövcud olmalıdır; 
b) həmin bilik mənbələrindən əldə edilən bilik sistemləri bir - 
birinin varisi kimi formalaşmalıdır; bir-birinin varisi olan bilik 
sistemləri bir - birinin analogudur; varis olan bilik sistemində varisi 
olduğu bilik sistemində olan eyni bilik elementləri vardır; 


11 
c) analoq bilik sistemlərinin yeni bir bilik sistemi 
formalaşdırmaq məqsədi ilə integrasiya edilməsi - birlikdə istifadə 
üçün işə salınması, hazırlanması lazımdır. Bu inteqrasiya sinergizm 
mühiti yaradır; 
d) analoq bilik sistemlərinin birlikdə istifadəsi sinergizmdir
nəzərdə tutulan bir bilik sisteminin formalaşmasında bu bilik 
sistemləri bir birinə kömək edir; 
e) sinergizmin nəticəsi analoq bilik sistemlərinin əməkdaşlıq 
qaydasından çox asıllıdır. Onlar müəyyən ardıcıllığın yerində istifadə 
olunmasa, sinergizmin nəticəsi minimum olur, başqa sözlə, biliklərin 
birlikdə istifadəsində koherentlik, razılaşma olmalıdır; 
f) bilik sisteminin koherentliyinin təmin olunmasında müəllimin 
istiqamətləndirici fəaliyyətinin, şagirdin fəallığının xüsusi rolu vardır. 
Yarımfəsildə göstərilir ki, elektrik sahəsi haqqında bilik sis-
teminə pay verən bilik mənbələrinin sayı çox olduqca (çox-
variantlılıq) həmin bilik sistemi sinergizm hesabına daha çox 
“qazanc bilik” əldə edəcək. Sinergetikada sistemin çoxvariantlılığı 
şərtinin mahiyyəti bundan ibarətdir. 
Sinergetikadakı çoxvariantlılıq ümumtəhsil məktəblərində 
fizikanın təlimində bir neçə sinergizm halının müəyyənləşdirilməsinə 
imkan verir. 

Sinif təlim materialları arasında sinergizm. Məlumdur ki, hər 
sinifin təlim materialı bir neçə məzmun standartının tələblərini 
tarazlaşdırmaq məqsədilə seçilmişdir. Standartların eyniliyi onların 
tələblərinə tabe edilən təlim materiallarının bir-birinin varisi, analoqu 
olduğu deməkdir. Belə analoqlar sinergizm mühiti yaradır, yəni hər 
hansı standarta cavab verən yuxarı sinif materialı həmin standarta 
cavab verən aşağı sinif materialının varisi kimi öyrənilir.

Eyni alt standartın tələblərini tarazlaşdıran fənn mövzuları və 
onlarla digər fənn mövzuları arasında sinergizm. Belə ki, eyni 
standartın tələblərinə cavab vermək məqsədi ilə müxtəlif 
mövzulardan əldə edilən biliklər bir-birinin analoqudur. Bu analoqlar 
sinergizm mühiti yaradır. Fəndaxili əlaqə fənn mövzuları arasında 
sinergizmi təmin edir. Fənlərarası əlaqə bir fənn mövzuları ilə digər 
fənn mövzuları arasında sinergizmi təmin edir. Deməli, fəndaxili və 
fənlərarası əlaqə, məhz, sinergizm məqsədi ilə yaradılırmış. 


12 

 Mövzu daxilində təlim mərhələləri arasında sinergizm. 

Məzmun standartları arasında sinergizm. 

Bir məsələnin şagird kollektivi tərəfindən həlli zamanı 
şagirdlərin bilikləri arasında sinergizm. 
Növbəti bir neçə yarımfəsildə ümumtəhsil məktəblərinin VI-
VII və VIII-IX siniflərində fizikanın təlimində sinergizm və onun 
şagirdlərin təlim nəticələrində rolu təhlil əsasında müəyyən 
edilmişdir (uyğun olaraq 2.2. və 2.3 yarımfəsilləri) hallarının 
mövcudluğu nümunələr vasitəsilə əsaslandırılmışdır. 
Fənlərarası inteqrasiya təlimdə sinergizmin təminatçısı kimi” 
adlanan 2.4 yarımfəsilində fizikanın təliminin ayrı-ayrı fənlərlə 
inteqrasiyası hallarında sinergizm mühitinin yaranması izah edilir və 
belə nəticə alınır: inteqrasiya cədvəllərindən istifadə etməklə fizika 
mövzularının təlimində digər fənlərdən əldə edilən analoq bilikləri 
fizikadan əldə edilən biliklərlə birlikdə tətbiq etməklə öyrənilən 
problemə dair bilikləri sinergizm hesabına zənginləşdirmək olar. 
Fizikanın tədrisində 7E təlim modelinin tətbiqinin siner-
gizmdə rolu” yarımfəslində əsaslandırılır ki, inkişaf etmiş ölkələrdə 
fənlərin təlimində müxtəlif mərhələlərdən ibarət dərs modellərinin 
(5E, 7E) istifadə edilməsi, məhz sinergizmi, inkişafı təmin etmək 
məqsədilə həyata keçirilir. 
Dissertasiyada 5E modelinin aşkara çıxarılan çatışmazlıqlar 
qeyd edilərək bu modellərin bir-birinə keçidi sxemi verilmişdir. 
Həmin sxem əsasında nümunə olaraq IX sinifdə “Radioaktiv 
çevrilmə qanunu” mövzusunun fənlərarası və fənndaxili inteqrasiya 
prinsipi gözlənilməklə dərsin 7E modelinin quruluş və məzmunu 
ətarflı şərh edilir. 
Fəslin sonuncu, “Ümumi orta təhsil məktəblərində fizikadan 
mövzunun məzmuna sinergetik yanaşmanın metodikası” adlandırılan 
yarımfəslində isə konkret nümunələr əsasında bəzi mövzuların 
məzmununda sinergetik yanaşmalara dair təlim materiallarının 
seçilmə metodikası işlənmişdir. 

Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin