ÜmumtəHSİLİn VI-IX siNİFLƏRİNDƏ FİZİkanin



Yüklə 0,83 Mb.
Pdf görüntüsü
səhifə4/10
tarix29.10.2022
ölçüsü0,83 Mb.
#66762
1   2   3   4   5   6   7   8   9   10
Avtoreferat Az-imza

Tədqiqatın bazası. Pedaqoji eksperimentin bütün mərhələri 
üçün baza məktəbi olaraq Bakı şəhəri Ədalət Abbasov adına 257 №-
li, Qusar rayonu Güləliyev Elxan adına 2 №-li, Xaçmaz rayonu 
Xudat şəhəri Telman Fərzəliyev adına 1 №-li, Xaçmaz rayonu Arif 
Məmmədov adına Qusarçay kənd tam orta məktəbləri olmuşdur. 
Tədqiqat 2012-2017-ci illəri əhatə edir. 
Müdafiəyə aşağıdakı müddəalar çıxarılır: 
1. Ümumtəhsil məktəblərinin VI-IX sinif fizika kursununun 
məzmun standartlarının quruluşuna, fizika təliminin müasir dərs 
modeli əsasında qurulmasına və fizika təlimində dərsin bəzi 
mərhələlərində bütün təlim materiallarının deyil, məzmunu superpo-



zisiya prinsipinə əsaslanmayan, qeyri-xəttiliyə şərait yaradan, ayrı-
ayrı hallarda sinergizm şərtlərini ödəyən təlim materiallarının 
verilməsinə sinergetik yanaşmanın zəruriliyinin nəzəri və praktik 
əsaslandırılması. 
2. Ümumtəhsil məktəblərinin VI-IX siniflərində fizikanın təlim 
prosesinin mürəkkəb, coxvariantlı, qeyri-tarazlı, qeyri-xətti inkişaf 
edən, özünütəşkil edən, bifurkasiyanın baş verdiyi, xaos-nizam 
münasibətlərinin mövcud olduğu alt sistemlərin toplusundan – təlim 
prosesinin intensivlik prinsipinə tabe olmasının aşkar edilməsi. 
3. Ümumtəhsil məktəblərinin VI-IX siniflərində fizikadan 
təlim materiallarının quruluş və məzmununda müəyyən edilən sine-
rgizm hallarında inkişaf mexanizminin eyni olmasının nəzəri 
əsaslandırılması. 
4. VI-IX sinif fizika dərsliklərində verilən təlim materiallarının 
quruluş və məzmunun, sinergizm tələblərinə cavab verən, 
təkmilləşdirilmiş 7E təlim modelinə uyğunlaşdırılmasının həmin 
siniflərdə həyati tətbiqi səviyyəsinin yüksəldilməsinə, şagirdlərin 
fənnə maraqlarının və bilik-bacarıqlarının keyfiyyətcə yüksəldil-
məsinə müsbət təsir göstərdiyinin aşkar edilməsi.

Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin