ÜmumtəHSİLİn VI-IX siNİFLƏRİNDƏ FİZİkanin



Yüklə 0,83 Mb.
Pdf görüntüsü
səhifə2/10
tarix29.10.2022
ölçüsü0,83 Mb.
#66762
1   2   3   4   5   6   7   8   9   10
Avtoreferat Az-imza

Tədqiqatın obyekti: ümumtəhsil məktəblərinin VI-IX sinif 
fizika kursunun məzmun standartlarının quruluşuna, fizikadan müasir 
dərs modelinin müəyyənləşdirilməsinə və dərsin bəzi mərhələlərində 
verilən təlim materiallarının məzmununa sinergetik yanaşma 
prosesidir. 
Tədqiqatın predmeti: ümumtəhsil məktəblərinin VI-IX sinif 
fizika kursunun məzmun standartlarının quruluşuna, fizikada müasir 
dərs modelinin müəyyənləşdirilməsinə və dərsin bəzi mərhələlərində 
verilən təlim materiallarının məzmununa sinergetik yanaşmanın 
elmi-metodiki əsaslandırılması. 
Tədqiqatın məqsədi: ümumtəhsil məktəblərinin VI-IX sinif 
fizika kursunun məzmun standartlarının quruluşuna, fizikadan müasir 
dərs modelinin müəyyənləşdirilməsinə və dərsin bəzi mərhələlərində 
verilən təlim materiallarının məzmununa sinergetik yanaşmanın 
təmin edilməsi şagirdlərin fənnə dərsə idraki maraqlarının və 
biliklərinin keyfiyyətcə yüksəldilməsinə nail olmaqdır. 
Tədqiqatın fərziyyəsi: ümumtəhsil məktəblərinin VI-IX sinif 
fizika kursunun məzmun standartlarının quruluşuna, fizikadan müasir 
dərs modelinin müəyyənləşdirilməsinə və dərsin bəzi mərhələlərində 
verilən təlim materiallarının məzmununa yanaşmada sinergizm 
şərtləri müəyyənləşdirilib onlara əməl edilərsə, uyğun sinergizm 
halları reallaşdırılar, və bununla da şagirdlərin fənnə idrakı 
maraqlarının və biliklərinin keyfiyyətçə yüksəldilməsinə nail oluna 
bilər. 



Tədqiqatın obyektinə, predmetinə, məqsədinə və fərziyyəsinə 
uyğun olaraq aşağıdakı vəzifələr müəyyənləşdirilmişdir: 
1. Mövcud elmi-metodiki ədəbiyyatın təhlili əsasında siner-
getikanın mahiyyətini, başlıca prinsiplərini müəyyənləşdirmək. 
2. Dünyanın fiziki mənzərəsinin formalaşma dinamikasının 
təhlil etmək və onun ümumtəhsil məktəblərinin fizika təlimində 
yerini müəyyənləşdirilmək. 
3. Təlimə sinergetik yanaşmanın zəruriliyini əsaslandıran elmi-
metodiki işləri təhlil etmək. 
4. Təlim prosesinin sinergetik metodologiyasına baxış. 
5. Ümumtəhsil məktəblərində fizika təliminə sinergetik 
yanaşılma problemi sahəsində görülən işləri təhlil etmək. 
6. Ümumtəhsil məktəblərində fizika materiallarının təlimində 
sinergizm şərtlərini müəyyənləşdirmək. 
7. Ümumtəhsil məktəblərinin VI-IX siniflərində fizikanın 
təlimində sinergizm hallarını müəyyənləşdirmək. 
8. Ümumtəhsil məktəblərinin VI-IX siniflərində aparılan 
pedaqoji eksperiment vasitəsilə: 

fizika təliminin müasir dərs modeli əsasında qurulmasına və 
dərsin bəzi mərhələlərində verilən təlim materiallarının məzmununa 
sinergetik yanaşılmaqla şagirdlərin fənnə maraqlarının və uyğun 
mövzular üzrə biliklərinin keyfiyyətcə yüksəldilməsinə təsirini 
ölçməyə imkan verən meyarları seçib hazırlamaq; 

tədqiqatın fərziyyəsinin doğruluğunu pedaqoji tədqiqatlarda 
istifadə olunan riyazi-statistik metodla yoxlamaq. 
Tədqiqat zamanı pedagoji araşdırmalarda təcrübədən çıxarılmış 
məlum 

Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin