ÜmumtəHSİLİn VI-IX siNİFLƏRİNDƏ FİZİkanin



Yüklə 0,83 Mb.
Pdf görüntüsü
səhifə5/10
tarix29.10.2022
ölçüsü0,83 Mb.
#66762
1   2   3   4   5   6   7   8   9   10
Avtoreferat Az-imza

 
Tədqiqatın aprobasiyası. Tədqiqatın nəticələri Bakıda 
keçirilən “Müəllim hazırlama siyasəti və prooblemləri” Beynəlxalq 
Simpoziumda (2013-cü il); Türkiyənin Gazi Universitysində 
keçirilən International Inservice Programme and Symposium 21-23 
0ctober 2015-də; Türkiyənin Trakiya Universitesində keçirilən 
Uluslararası Balkan Egitim və Bilim Kongresində (16-18 october 
2014); Türkiyənin Hacettepe Universitesində keçirilən Ögretmen 
yetişdirme politika ve sorunları Uluslararası IV ISPITE 
Sempozyumunda (15-16 mayis 2014) sınaqdan keçirilmişdir. 
Dissertasiyanın quruluşu. Dissertasiya girişdən (15506),
I fəsil (48617 işarə), II fəsil (94373 işarə), III fəsil (34505 işarə), 
nəticə (2557 işarə), istifadə edilmiş ədəbiyyat siyahısı və əlavələrdən 
ibarətdir. Dissertasiya işi ümumilikdə 214515 işarədən ibarətdir. 



TƏDQİQATIN ƏSAS MƏZMUNU 
 
Girişdə seçilən mövzunun aktuallığı əsaslandırılmış, tədqiqatın 
obyekti və predmeti göstərilmiş, tədqiqatın məqsəd, vəzifə və 
fərziyyəsi formalaşdırılmış, tədqiqat metodları müəyyənləşdirilmiş, 
onun yeniliyi, nəzəri və praktik əhəmiyyəti şərh edilmiş, 
araşdırmanın metodoloji əsası göstərilmiş, müdafiəyə çıxarılan əsas 
müddəalar formalaşdırılmış və tədqiqat nəticələrinin sınağı haqqında 
məlumat verilmişdir. 

Sinergetik yanaşmanin mahiyyəti və onun ümumtəhsil 
məktəblərində fizikanin təlimində istifadəsinin zəruriliyi” 
adlanan I fəsil üç yarımfəsildən ibarətdir. “Dünyanın fiziki 
mənzərəsinin formalaşma dinamikasının təhlili” adlanan birinci 
yarımfəsildə qeyd edilir ki, ümumtəhsil məktəblərində fizika 
təliminin başlıca məqsədi şagirdlərdə dünyanın fiziki məzərəsənə 
(DFM) dair elmi dünyagörüşün formalaşdırılmasıdır. DFM fizika 
təlimində mühüm yer tutur, belə ki, o fizikadan nəzəri və empirik 
materialın sistemləşdirilməsi və ümumiləşdirilməsində, fiziki 
nəzəriyyə və qanunların mənimsədilməsində başlıca vasitədir. Fizika 
elminin yeni nəzəriyyəsi kimi meydana çıxıb təşəkkül tapan 
sinergetika DFM-də bir sıra elmlərin, incəsənət və mədəniyyətin yeni 
metodoloji, ideoloji, qnoseoloji və ontoloji sistemlərinə yol açdı. 
Dünyanın sinergetik mənzərəsinin əsas ideyalarında dünyaya 
supersistem kimi yanaşılır – sinergetika tədqiqat obyektlərini çoxlu 
sayda elementlərdən ibarət sistem olaraq öyrənir; dünya fasiləsiz 
qlobal hərəkətdə – dəyişiklikdə olduğu qeyd edilir. Bu proses 
özünütəşkil və mürəkkəbləşmə yolunda periodik olaraq köhnənin 
dağılması və yeninin yaranmasından ibarətdir; özünütəşkil və mürək-
kəbləşmə yalnız açıq dissipativ sistemlərdə mümkündür. Bu o 
deməkdir ki, sinergetik sistemlər daim ətraf mühitlə maddə, enerji və 
informasiya mübadiləsində olub termodinamik tarazlıq halından 
uzaqdır; inkişaf qeyri-xətti qanunlar üzrə baş verir. Qeyri-xəttilik 
qeyri-tarazlıq halından çıxmağın çoxvariantlığı və alternativ 
yollarının seçilməsidir. 
Sinergetikanın mahiyyəti: onun başlıca prinsipləri” adlanan 
ikinci yarımfəsildə sinergetika elmi idrakın bütün sahələrinə nüfuz 


10 
edən qnoseoloji elmi nəzəriyyə kimi xarakterizə olunur, prinsipləri 
izah edilir. 
Təlimə sinergetik yanaşmanın zəruriliyi: problemin kon-
septuallığı və həllinin müasir vəziyyəti” adlanan üçüncü yarımfəsildə 
dünya alimlərinin, o cümlədən Rusiya və Azərbaycan alimlərinin 
təlimdə sinergizm istifadəsi ilə bağlı işləri araşdırılaraq tədqiq olunan 
problem baxımından sistemləşdirilmişdir. Sinergetikanın yaradıcıları 
hesab edilən Hakenin, Priqojinin ideyaları problem baxımından şərh 
olunmuşdur. Məhz onlarin ideyaları ümumtəhsil məktəblərinin VI-IX 
siniflərində fizikanın təliminin bir-biri ilə əlaqəli təlim mərhələləri 
ardıcıllığı şəklində yerinə yetirilməsini zərurətini göstərir. 
Xarici ölkə alimlərinin pedaqoji prosesə sinergetik yanaşmanın 
zəruriliyinə dair əsaslandırılmış ideya və təklifləri analiz edilmişdir. 
Azərbaycan alimləri Ə.F.Abbasov, T.B.Allahyarova, M.İ.Murquzov, 
F.M. Qurbanov, N.Y.Səfərovun işlərində təlimdə sinergizm 
istifadəsinin zəruriliyi ilə bağlı nümunələr və təkliflər 
ümumiləşdirilir. 
Yarımfəsildə belə nəticəyə gəlinir ki, elmi-pedaqoji ədə-
biyyatda sinergetikanın fəlsəfi mahiyyəti, prinsipləri, pedaqoji 
funksiyaları araşdırılmış, pedaqoji prosesə sinergetik yanaşmanın 
zəruriliyi əsaslandırılsa da sinergetika ideyalarının ümumtəhsil 
məktəblərində fizikanın təlimində istifadəsi ilə bağlı bir çox 
problemlər araşdırılmamışdır. 


Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin